Ermənistanda seçkiqabağı gərginlik fonunda keçmiş prezident Robert Köçəryan yenidən ictimai narazılıqla üzləşib və bununla bağlı görüntülər paylaşılıb.
Zefer.media xəbər verir ki, bu ölkənin sosial şəbəkələrində yayılan videoda kənd sakinlərindən birinin Köçəryana və onun tərəfdarlarına sərt şəkildə etiraz etdiyi görünür.
Həmin sakin narazılığını jurnalistlə də bölüşüb. Köçəryan isə müsahibədən yayınır.
Kadrlarda ölkənin sabiq müdafiə naziri Seyran Ohanyan da yer alıb, o da jurnalistlərə müsahibə verib.
Qeyd edək ki, Ermənistanda 2026-cı il parlament seçkiləri öncəsi siyasi atmosfer gərgin olaraq qalır. Köçəryanın rəhbərlik etdiyi “Armenia Alliance” müxalifətin əsas qüvvələrindən hesab olunur.
https://www.facebook.com/share/v/17h6udA1bo/
https://www.facebook.com/share/v/1J7Jn6v6uL/
https://www.facebook.com/share/v/17i1PmSV2y/
Zərintac Mayisqızı
















