Siyasət

Ərdoğan-Tramp telefon danışığı: İran, Qəzza və müdafiə müqaviləsi gündəmdə

18 Avqust 2026, 11:554
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı keçirib. Danışıq zamanı ikitərəfli münasibətlər, İran və Qəzzadakı vəziyyət müzakirə olunub.

Zefer.media xəbər verir ki, İran və ABŞ arasındakı gərginliyə toxunan Ərdoğan diplomatik kanallardan maksimum istifadə edilməsinin vacibliyini vurğulayıb. O, Ankaranın sülh səylərini dəstəkləməyə davam edəcəyini və Tehranla Vaşinqton arasında dialoqun davam etdirilməsini istədiyini bildirib.

Ərdoğan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında bu ay Məkkədə imzalanan Birgə Müdafiə Sazişini bölgədə sabitlik və təhlükəsizliyin gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirib.

Qəzza ilə bağlı Ərdoğan gərginliyin dayandırılmasına çağırıb və Türkiyənin Qəzzada davamlı sülhün təmin olunmasına və bölgənin yenidən qurulmasına dəstəyini davam etdirəcəyini vurğulayıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600