Dünya

Ərdoğan “qardaş ölkələri” Məkkə Sazişinə çağırıb

12 Avqust 2026, 11:525
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Türkiyə Səudiyyə Ərəbistanı arasında münasibətlərin strateji xarakter daşıdığını və əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılacağını bildirib.

Zefer.media xəbər verir ki, Prezidenti Rəcəb Tayyib Ərdoğan  bu barədə açıqlamasında məlumat verib.

Türkiyə lideri Hörmüz boğazı ətrafındakı vəziyyətə də toxunaraq, boğazın dünya iqtisadiyyatının əsas arteriyalarından biri olduğunu qeyd edib. O, gərginliyin tezliklə azalacağına və boğazda təhlükəsiz, fasiləsiz beynəlxalq gəmiçiliyin bərpa olunacağına ümid etdiyini bildirib.

Ərdoğan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan “Məkkə Sazişi”nin hər hansı konkret ölkəyə qarşı yönəlmədiyini vurğulayıb.

Onun sözlərinə görə, saziş kollektiv çəkindirmə və regional təhlükəsizliyin gücləndirilməsinə xidmət edir. Ərdoğan mexanizmin digər “qardaş dövlətlərin” də qoşulması üçün açıq olduğunu bildirib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600