Xarici xəbərlər

Ərbildə dron hücumu: Hava limanının fəaliyyəti dayandırıldı

14 Avqust 2026, 09:314
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün səhər saatlarında İraqın Ərbil şəhərində dron hücumu nəticəsində bir neçə partlayış baş verib.

Zefer.media xəbər verir ki, hücum zamanı hava hücumundan müdafiə sistemləri işə düşüb və şəhərdə hava hücumu xəbərdarlığı verilib. Bir neçə dronun hava hücumundan müdafiə sistemlərini keçərək şəhərdəki hədəflərə çatdığı bildirilir.

Hadisədən sonra Ərbil hava limanında uçuşların fəaliyyəti müvəqqəti dayandırılıb. Hücum nəticəsində ölən və yaralananların olub-olmadığı, həmçinin zərərin miqyası barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, Ərbil hava limanı və şəhərdəki ABŞ qüvvələrinin yerləşdiyi obyektlər daha əvvəl də dron hücumlarının hədəfi olub.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600