İran xarici işlər naziri Abbas Əraqçının BMT Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizlik üzrə iclasında iştirak etmək üçün Nyu-Yorka səfəri ləğv edilib.
Zefer.media xəbər verir ki, bununla bağlı, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında deyib.
O, bildirib ki, səfərin baş tutmamasına viza problemi səbəb olub.
Bəqayinin sözlərinə görə, əgər əlavə maneələr olmasaydı, nazirin səfəri həyata keçiriləcəkdi.
Zərintac Mayisqızı

















