Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi xarici işlər naziri Abbas Əraqçı və parlament sədri Məhəmmədbağır Qalibafın Pakistana rəsmi səfər edəcəklərini açıqlayıb.
Zefer.media xəbər verir ki, Bəqayi jurnalistlərlə birlikdə keçirilən brifinqdə bildirib:
“Əraqçı və Qalibafın Pakistana səfəri ilə bağlı dəvət alınıb və səfərlər müvafiq şərait yarandıqda həyata keçiriləcək”.
İran XİN sözçüsü bu səfərlərin iki qonşu ölkə arasında mövcud olan yaxşı münasibətlərin təbii davamı olduğunu qeyd edib.
Zərintac Mayisqızı

















