Dünya

Əraqçı Hindistana yola düşüb

13 May 2026, 17:586
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı BRİKS Xarici İşlər Nazirlərinin Görüşündə iştirak etmək üçün Hindistanın paytaxtı Yeni Dehliyə səfər edib.

Zefer.media xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

Səfər çərçivəsində nazir həm BRİKS toplantısında iştirak edəcək, həm də tədbirə qatılan rəsmilərlə ikitərəfli görüşlər keçirəcək.

Bu görüş 2026-cı ilin sentyabrında Hindistanın sədrliyi ilə Yeni Dehlidə keçirilməsi planlaşdırılan 18-ci BRİKS Zirvə Görüşünə hazırlıq mərhələsi kimi dəyərləndirilir.

Qeyd edək ki, Əraqçı Hindistana yenidən ABŞ və İsrailin hava hücumlarında həlak olan Minab şəhərindəki məktəbin şagirdlərinin xatirəsinə adlandırılmış “Minab-168” işarəli təyyarə ilə yola düşüb. Xatırladaq ki, o, daha öncə həmin təyyarə ilə Sankt-Peterburq şəhərinə səfər etmişdi.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600