Dünya

Ərəb ölkələri ABŞ-yə İrana hücumlarda kömək etdi – Fars News

27 Mart 2026, 11:183
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Beş regional ölkə – Bəhreyn, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanı – ABŞ-yə İrana hücumlar üçün ərazilərini, hava məkanlarını və infrastrukturlarını təmin edib.

Zefer.media xəbər verir ki, “Fars News” agentliyi məlumat yayıb.

Bildirilib ki, Amerika qüvvələri hava, dəniz və raket hücumları üçün təkcə hərbi bazalardan deyil, həm də bu ölkələrin sularından, qurularından və səmalarından istifadə edib.

Xatırladaq ki, daha öncə Donald Tramp da Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın “bizim tərəfimizdə vuruşduğunu” bildirərək dolayı yolla Ər-Riyadın dəstəyini təsdiqləyib. Bundan əlavə, BƏƏ-nin ABŞ-dəki səfiri bu yaxınlarda “The Wall Street Journal” qəzetində dərc olunmuş məqaləsində ABŞ-İsrail hücumlarını dəstəklədiyini qeyd edib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600