• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9814
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Ən çətin şəraitin qalibləri olan dəniz xüsusi təyinatlısının qürur dolu xidmət yolu

05 Avqust, 26 / 13:15
A A

Hər il avqustun 5-i Azərbaycanda Hərbi Dəniz Qüvvələrinin yaranma günü kimi qeyd olunur. Ölkəmizin dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsində mühüm rol oynayan Hərbi Dəniz Qüvvələri peşəkarlığı, döyüş hazırlığı və yüksək hazırlıq səviyyəsi ilə seçilir. Xüsusilə Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri ən çətin şəraitdə tapşırıqları yerinə yetirmək bacarığı ilə ordumuzun gücünü nümayiş etdirir. 

Sözügedən əlamətdar tarix münasibətilə Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində uzun illər xidmət etmiş, Vətən müharibəsində yaralanaraq qazi adını qazanmış Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatçısı Fərzəliyev Xəyyam Zefer.media – ya açıqlamasında xidmət yolu, Hərbi Dəniz Qüvvələrinin fəaliyyəti kimi məlumatlardan söz açıb:

“2011-ci ildən Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində xidmət etmişəm. Müharibə başlayana qədər Xüsusi Təyinatlı Qüvvələrin mənsubu kimi bir çox təlim və tədbirlərdə iştirak etmiş, müxtəlif ölkələrin hərbçiləri ilə keçirilən yarışlarda və digər peşəkar hazırlıq proseslərində iştirak edərək təcrübə qazanmışam.

Müharibə dövründə yaralandığıma görə hərbi xidmət sıralarından ayrılmışam.

O, həmçinin gənc nəslə səslənərək vurğulayıb:

” Qazi kimi vətənimizin gələcəyi olan gənclərə tövsiyəm budur ki, xidmət etdikləri qurumdan asılı olmayaraq, hər zaman Vətənin keşiyində dayanmağa hazır olsunlar. Önəmli olan hansı qüvvədə xidmət etmək deyil, hər bir vətəndaşın bacardığı qədər, əlindən gələni əsirgəmədən Vətənin müdafiəsinə töhfə verməsidir”.

Müsahibimiz Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlılarının fəaliyyətini belə dəyərləndirib:

“Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlıları bu gün dünya miqyasında tanınan peşəkar hərbi qüvvələrdəndir və Azərbaycanı, hətta vətəndaşlarımızın bir çoxunun bilmədiyi mövqelərdə belə müdafiə edirlər.

Xüsusilə diqqətə çatdırmaq istəyirəm ki, Hərbi Dəniz Qüvvələri havada, suda və quruda hər zaman, istənilən yerdə Vətənimizin keşiyində dayanır, döyüş tapşırıqlarını yerinə yetirir. Onlar istənilən vaxt və istənilən şəraitdə bütün tapşırıqları icra etməyə tam hazırdırlar və bu fəaliyyətlərini bu gün də uğurla davam etdirirlər.

Hərbi Dəniz Qüvvələrinin nümayəndələrinə həm Azərbaycanda, həm də xarici dövlətlərdə mühüm tapşırıqların icrasında rast gəlmək mümkündür. Çünki Hərbi Dəniz Qüvvələrinin döyüşçüləri hərtərəfli hazırlanır, havada, suda və quruda peşəkar döyüşçü kimi yetişdirilirlər.

Məhz buna görə də Azərbaycan Hərbi Dəniz Qüvvələri, xüsusilə də Xüsusi Təyinatlı Qüvvələri hər zaman döyüşə hazırdır və ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Ümumilikdə isə Azərbaycan Ordusuna hər zaman ehtiyac var.

Sonda hazırda xidmət edən bütün hərbi qulluqçulara xidmətlərində uğurlar, bol nailiyyətlər arzulayıram. İnşallah, hər biri üçün xidmət yolu xeyirli və uğurlu olar”.

Pərvin Hacıyeva

Bənzər Xəbərlər

Cəmiyyət

İngilis dili kursunun açılış mərasimi keçirilib

Avqust 25, 2026
Gündəm

Ramil Əliyev: “Aviabiletlərin əlçatan olması turist axınının artırılması üçün vacibdir”

Avqust 25, 2026
Gündəm

Bakıda Azərbaycan-Elazığ turizm əlaqələri müzakirə edilib

Avqust 25, 2026
Gündəm

Kəlbəcərdə məktəbin ilk məzunu tələbə adını qazanıb

Avqust 25, 2026
Gündəm

BDU-da “Bir yay, min xatirə” düşərgəsinin bağlanış mərasimi keçirilib

Avqust 25, 2026
Gündəm

BDU-da “Bir yay, min xatirə” düşərgəsi çərçivəsində daha beş təlim keçirilib

Avqust 25, 2026

XƏBƏR LENTİ

İngilis dili kursunun açılış mərasimi keçirilib

25 Avqust, 26 / 18:23

Ramil Əliyev: “Aviabiletlərin əlçatan olması turist axınının artırılması üçün vacibdir”

25 Avqust, 26 / 18:13

Azərbaycanda 18 yaşadək ana olanların sayı açıqlanıb

25 Avqust, 26 / 18:11

ABŞ İrana sanksiyaları qaldırmağı təklif edib?

25 Avqust, 26 / 18:07

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistan nümayəndə heyəti ilə görüşüb

25 Avqust, 26 / 18:05

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən yeni rəqəmsal QR Bələdçi platforması istifadəyə verilib

25 Avqust, 26 / 18:02

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

25 Avqust, 26 / 17:57

Rusiya Pravoslav Kilsəsində hakimiyyəti tənqid etməməyə çağırış edilib

25 Avqust, 26 / 17:53

“Forrest Gump” işi: Mudranın müdafiəsi Mıkıtaşın üzərində qurulub

25 Avqust, 26 / 17:51

Lvova-Belovanı Putinə qarşı ifadə verməsi üçün qaçırmağa cəhd edildiyi iddia olunur

25 Avqust, 26 / 17:48

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.