• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13° Weather Columbus
$
1.7
€
1.977
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi qeyri-formal məşğulluqla mübarizə tədbirlərini davam etdirir

28 Aprel, 26 / 12:31
A A

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən qeyri-formal məşğulluq hallarının qarşısının alınması istiqamətində fəaliyyət davam etdirilir.

Dövlət Agentliyinin mətbuat xidmətindən Zefer.media – ya verilən məlumata görə, mərkəz fəaliyyətə başladığı tarixdən etibarən tikinti obyektlərində əmək münasibətlərinin vəziyyətinin araşdırılması məqsədilə 380 səyyar yoxlama həyata keçirib. Bu monitorinqlər çərçivəsində ümumilikdə 13 291 nəfər yoxlanılıb və onlardan 1 677 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi müəyyən olunub. Yoxlanılmış işçilərin 555 hüquqi və fiziki şəxsi təmsil etdiyi aşkar edilib.

Monitorinqlər zamanı əmək və ya xidməti müqavilə olmadan 10 nəfərdən az işçinin cəlb olunması ilə bağlı 238 işəgötürən, 10 və daha çox işçinin cəlb olunması ilə bağlı isə 51 işəgötürən üzrə pozuntu halları qeydə alınıb. Aşkar edilmiş pozuntular üzrə ümumilikdə 2,526,700 manat məbləğində cərimə və maliyyə sanksiyaları tətbiq edilib.

Qeyri-formal məşğulluqla mübarizə çərçivəsində həyata keçirilən yoxlama tədbirləri ilə yanaşı, əmək münasibətlərinin rəsmiləşdirilməsinin təşviqi məqsədilə geniş maarifləndirmə işləri də aparılır. Son 9 il ərzində Bakı şəhərində yerləşən 547-dən çox tikilməkdə olan çoxmənzilli yaşayış obyektində işçi və işəgötürənlərlə maarifləndirici görüşlər təşkil olunub. Görüşlər zamanı qeyri-formal məşğulluğun səbəbləri müzakirə edilib, həlli yolları təqdim olunub və metodiki tövsiyələr verilib.

Kompleks yoxlama və maarifləndirmə tədbirləri nəticəsində Bakı şəhərinin tikinti sektorunda əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində mühüm irəliləyiş əldə olunub. Təhlillər göstərir ki, ilkin dövrlə müqayisədə çoxmənzilli yaşayış binalarının inşasında qeyri-formal məşğulluğun səviyyəsi dörd dəfədən artıq azalıb. Görülmüş işlər işəgötürənlər və işçilər tərəfindən əmək qanunvericiliyinin tələblərinə daha yüksək səviyyədə riayət olunmasına şərait yaradıb və bu sahədə müsbət nəticələrlə müşayiət olunub.

380 səyyar yoxlama tədbirinin nəticəsi olaraq yalnız monitorinq edilmiş işəgötürənlər üzrə ümumilikdə 357 040 əmək müqaviləsi imzalanıb.

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi bir daha bildirir ki, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. İşəgötürənlərə əmək qanunvericiliyinin tələblərinə ciddi riayət etmələri, işçilərə isə işə başlamazdan əvvəl əmək müqaviləsinin bağlanılmasını tələb etmələri tövsiyə olunur.

Tikinti sektorunda səyyar monitorinqlər davam etdirilir.

Bənzər Xəbərlər

Gündəm

Azərbaycanda Qurban bayramı qeyd edilir

May 27, 2026
Gündəm

İlham Əliyev: Azərbaycan və İran yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birinin yanındadır

May 26, 2026
Gündəm

İspaniya Kralı Müstəqillik Günü münasibətilə İlham Əliyevi təbrik edib

May 26, 2026
Gündəm

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

May 26, 2026
Gündəm

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar

May 26, 2026
Gündəm

Zakir Həsənov: Azərbaycan regionda sabitliyin qorunmasının əsas təminatçısına çevrilmişdir

May 26, 2026

XƏBƏR LENTİ

Moldovada Qurban Bayramı və 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

29 May, 26 / 20:24

Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb

29 May, 26 / 19:30

Budapeştdə 28 May- Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub

29 May, 26 / 10:31

“8 Noyabr zəfərinin hərbi-siyasi və tarixi önəmi hər ötən gün daha aydın dərk olunur”

28 May, 26 / 18:19

Media Türk-ün 5 yaşı tamam olur

28 May, 26 / 15:13

28 May – Azərbaycanda Müstəqillik günüdür

28 May, 26 / 9:19

Polkovnik Cəlil Xəlilov Azərbaycan xalqını Qurban bayramı və Müstəqillik Günü münasibətilə təbrik edib

27 May, 26 / 19:20

Azərbaycanda Qurban bayramı qeyd edilir

27 May, 26 / 0:00

Millət vəkili Məşhur Məmmədovun xeyriyyəçilik ənənəsi davam edir

26 May, 26 / 20:32

Qalibaf və İran nümayəndə heyəti Qətərdən qayıdıb

26 May, 26 / 20:01

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.