• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
11.9° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

07 Oktyabr, 26 / 14:49
A A

Azərbaycanın son illərdə keçdiyi yol ölkənin qarşısında duran tarixi vəzifələrin mahiyyətini dəyişib. Uzun illər əsas milli məqsəd torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası idisə, bu gün həmin tarixi nəticənin qorunması və dövlət gücünün daha da möhkəmləndirilməsi əsas vəzifəyə çevrilib. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı məhz bu yeni reallığın siyasi və strateji çərçivəsini müəyyənləşdirir. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər göstərir ki, Zəfər Azərbaycanın yolunun sonu deyil, əksinə, qarşıda yeni təhlükəsizlik, siyasi, iqtisadi və ideoloji vəzifələr yaradan yeni mərhələnin başlanğıcıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

“Azərbaycan uzun illər torpaqlarının işğaldan azad edilməsi üçün mübarizə aparıb. Bu mübarizənin hərbi mərhələsi 2020-ci ilin Zəfəri ilə nəticələndi. 2023-cü il sentyabrın 20-də isə separatizmə son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bu Qurultay ilk dəfədir ki, Azərbaycan bütün ərazisində öz suverenliyini təmin etdikdən sonra keçirilirdi. Amma Zəfər tarixi nəticədir, dövlətçilik isə davam edən prosesdir. Prezidentin qurultayda səsləndirdiyi fikirlərin əsas mahiyyəti də məhz budur ki, Azərbaycan qazandığı nəticələri qorumaq üçün bundan sonra da güclü olmalıdır. Bu gün dünyada baş verən proseslər göstərir ki, beynəlxalq münasibətlər sistemi əvvəlki kimi sabit deyil. Müxtəlif regionlarda müharibələr davam edir, təhlükəsizlik mexanizmləri ciddi sınaqlardan keçir. Belə bir şəraitdə Azərbaycanın hərbi gücünü artırması təsadüfi qərar deyil. Prezident bunu açıq şəkildə bildirdi ki, qarşıdakı əsas vəzifələrdən biri hərbi gücümüzün daha da artırılmasıdır. İlk baxışda sual yarana bilər ki, Azərbaycan Zəfər qazanıb, Ermənistanla müharibə yoxdur, sərhədlərdə sakitlikdir, sülh müqaviləsi paraflanıb. Bəs onda hərbi potensialı niyə artırmaq lazımdır? Cavab isə çox sadədir, sülhü qorumaq üçün güc lazımdır. Azərbaycanın son onilliklərdəki təcrübəsi bunu kifayət qədər aydın göstərib. Dövlətin təhlükəsizliyinin təmin olunması yalnız siyasi bəyanatlarla deyil, real imkanlarla bağlıdır”, – deyə deputat bildirib.

O qeyd edib ki, Prezidentin çıxışında diqqət çəkən digər məsələ isə təhlükəsizliyin artıq yalnız ordu və sərhəddən ibarət olmamasıdır. Bu gün informasiya məkanı da dövlət təhlükəsizliyinin bir hissəsidir. İnternet, sosial media, kiberhücumlar, süni intellekt və müxtəlif informasiya platformaları yeni reallıq yaradıb. Dövlətimizin başçısının ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər önəmli olduğunu vurğulaması məhz bu reallığın ifadəsidir. Burada ən mühüm məsələ cəmiyyətin savadlı və hazırlıqlı olmasıdır. Prezident ideoloji təxribatlara qarşı əsas vasitələr kimi, ilk növbədə, təhsili və vətənpərvərliyi göstərdi. Çünki informasiya savaşında insanın ən böyük müdafiəsi onun düşünmək, müqayisə etmək və həqiqəti yalandan ayırmaq qabiliyyətidir. Bu gün Azərbaycan üçün milli təhlükəsizlik anlayışı məhz buna görə daha geniş məna daşıyır. Sərhədi qorumaq vacibdir. Amma informasiya sərhədini qorumaq da artıq dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib.

Zəfərin yaratdığı imkanlar uzunmüddətli inkişafın təməl daşına çevrilir

“Prezidentin Qurultayda iqtisadi məsələlərə xüsusi diqqət yetirməsi də təsadüfi deyildi. O, son iki ildə keçirilmiş Beynəlxalq İnvestisiya forumlarında imzalanmış müqavilələrin ümumi dəyərinin 20 milyard dollardan çox olduğunu bildirdi. Eyni zamanda, gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını açıqladı. Burada bir məqam xüsusilə diqqətəlayiqdir, güclü dövlət yalnız güclü ordu demək deyil. Güclü dövlət həm də iqtisadiyyatı dayanıqlı, enerji imkanları geniş, nəqliyyat infrastrukturu inkişaf etmiş və vətəndaşının sosial rifahını təmin edə bilən dövlətdir. Azərbaycanın enerji siyasəti də bu baxımdan artıq yalnız iqtisadi məsələ deyil.

Prezident onu da qeyd etdi ki, Azərbaycan xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrə istehsal və ixrac edən ölkəyə çevrilib. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyidir və Azərbaycanın bu sahədə rolu daha da artacaq. Nəqliyyat dəhlizləri də eyni strategiyanın başqa istiqamətidir”, – deyə C.Feyziyev bildirib.

O, YAP-ın VIII Qurultayında səsləndirilən mesajları qısa ifadə ilə belə izah edib: “Azərbaycan Zəfərdən sonrakı mərhələyə keçib və bu mərhələnin əsas vəzifəsi əldə edilmiş nəticələri qorumaq, dövlətin gücünü daha da artırmaq və yeni imkanları milli inkişafın dayağına çevirməkdir. Bu mərhələdə qarşıda duran vəzifələr artıq yalnız Qarabağ məsələsi ilə məhdudlaşmır. Güclü ordu, güclü iqtisadiyyat, enerji və nəqliyyat imkanları, ideoloji təhlükəsizlik, savadlı və vətənpərvər cəmiyyət, müstəqil xarici siyasət və Böyük Qayıdış. Prezidentin qurultaydakı çıxışında təqdim etdiyi yeni gündəliyin əsas istiqamətləri məhz bunlardır. Azərbaycan artıq itirilmiş torpaqlarını qaytarmaq uğrunda mübarizə aparan dövlət deyil. İndi əsas məsələ qazandığını qorumaq, dövlətin gücünü daha da artırmaq və Zəfərin yaratdığı imkanları uzunmüddətli inkişafın təməl daşına çevirməkdir. Bu isə hərbi qələbədən daha geniş anlayışdır. Bu, dövlətçilik məsələsidir”.

Bənzər Xəbərlər

Gündəm

Qubadlıya həyat qayıdır

Oktyabr 24, 2026
Gündəm

Mərakeşli gənclər Naxçıvana səfər ediblər

Oktyabr 23, 2026
Gündəm

Qarabağ qazisi səlahiyyətli nümayəndəliklə bağlı məhkəməyə müraciət etdi

Oktyabr 23, 2026
Gündəm

“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib

Oktyabr 22, 2026
Gündəm

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Oktyabr 22, 2026
Gündəm

“Azərbaycan-Qırğızıstan müttəfiqlik müqaviləsi türk dünyasının tarixi uğurudur”

Oktyabr 22, 2026

XƏBƏR LENTİ

OBS Global-ın BƏƏ-də keçirilən İkinci Günü

24 Oktyabr, 26 / 20:25

Ramiz Mehdiyev “Tovuz Baltiya”nı “Yelo Bank” burulğanına belə salıb – məkrli ssenari necə işləyib?

24 Oktyabr, 26 / 18:39

Qubadlıya həyat qayıdır

24 Oktyabr, 26 / 9:42
Different or choice of t-shirts on hangers hang in a row.

Azərbaycanda ixrac və daxili daşıma dəstəyi ilə bağlı YENİ QƏRAR

23 Oktyabr, 26 / 19:06

Mərakeşli gənclər Naxçıvana səfər ediblər

23 Oktyabr, 26 / 18:47

Qazaxda TIR yanıb

23 Oktyabr, 26 / 18:37

Dörd rayonda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

23 Oktyabr, 26 / 18:34

Azərbaycanda zərgərlik sahəsində yeni dövlət standartları qəbul edilib

23 Oktyabr, 26 / 18:28

Polşanın Baş naziri Tusk Hindistanın milli geyimində foto paylaşıb

23 Oktyabr, 26 / 18:19

Rusiya Ukraynanın istilik elektrik stansiyalarından birinə kütləvi zərbə endirib

23 Oktyabr, 26 / 18:07

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.