• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
6.2° Weather Columbus
$
1.7
€
1.9824
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Deputat: Ailə institutu uşağın təhlükəsizliyinin əsas təminatıdır

20 Fevral, 26 / 15:16
A A

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanır. Bu Qanun Azərbaycan Respublikasında uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların hüquq və azadlıqlarını, həmin hüquq və azadlıqların həyata keçirilməsi sahəsində dövlət təminatlarını və dövlət nəzarətinin əsaslarını müəyyən edir.

Zefer.media xəbər verir ki, yeni qanun layihəsi ilə bağlı millət vəkili Tənzilə Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib. Deputat qanun layihəsi ilə bağlı fikirlərini bildirib və təkliflərini səsləndirib.

Tənzilə Rüstəmxanlının həmin çıxışını təqdim edirik:

“İndiyədək Azərbaycanda uşaq hüquqları ilə bağlı bir sıra qanunlar qəbul edilib,  beynəlxalq konvensiya və təşkilatlara qoşulmuşuq. Bununla belə, aradan xeyli vaxt keçib. Şərtlər dəyişilib. Bu baxımdan yeni yanaşmaları əks etdirən, müasir tələblərə cavab verə bilən  qanunun qəbul edilməsi vacibdir.

Təqdim olunan qanun layihəsində bütün bunlar əksini tapıb və uşaqlara verilən “cismani cəza” anlayışına ilk dəfə olaraq ayrıca yer verilib. Uşaqlara qarşı zorakılıq əlamətlərini aşkar etdiyi halda bu barədə məlumat verməyən valideynlər, eləcə də uşaq müəssisələri məsuliyyət daşıyacaqlar.

Bundan başqa,  uşaqların bir-birinə  davamlı  aqressiv davranışı zorakılıq forması sayılır və müvafiq müəssisələr bu halların qarşısının alınmasında məsuliyyət daşıyırlar.

Yeni qanun layihəsinin  bir özəlliyi də dini inanclara münasibətində uşaqların və valideynlərin hüquq və vəzifələrinin müəyyənləşdirməsi, bu işə aydınlıq gətirməsidir.

Yeni qanun uşaqların erkən yaşda radikal dini qrupların təsirinə düşməsinin qarşısını almağa, ailə daxilində ekstremist düşüncələrin “tərbiyə” adı ilə ötürülməsinə hüquqi əngəl yaradılmasına xidmət edəcəkdir.

Qanun layihəsində  uşağa valideynin mülkiyyəti kimi deyil, müstəqil hüquq subyekt kimi baxılır.  Əks halda, ən mütərəqqi qanun belə uşaqların qoruyacağını vəd etsə də, real həyatda bunu bacara bilməyəcək.

Qanun layihəsi uşaq hüquqlarının qorunmasında yeni risk sahələrini də nəzərə alır. İnternet və informasiya  şəbəkələri vasitəsilə yayılan təhlükəli əməllər uşaqlara qarşı zorakılıq forması kimi tanınır. Çətin həyat şəraitində olan uşaqların aşkarlanması və sosial müdafiəsi üçün xüsusi mexanizmlər nəzərdə tutulur.

Bizdə problem adətən “qanun yoxdur” şəklində yox, “qanun var, amma hamı öz bildiyini edir” şəklində özünü göstərir. Buna görə də uşaqları real olaraq qoruyan şikayət mexanizmlərinin işləməsi, nəzarət orqanlarının müstəqilliyi əsasdır.

Hörmətli millət vəkilləri! Uşaqlara qarşı zorakılıq haqqında  özlərini mədəni, inkişaf etmiş sayan ölkələrdən dünyaya  yayılan xəbərlər, yayılan görüntülər tarixin heç bir mərhələsində görünməmiş bir vəhşilik səviyyəsindədir.
Hətta bəzən ibtidai-icma quruluşunda olduğundan da artıq bir cəzasızlıq və əxlaq düşkünlüyü müşahidə edilir.

Belə bir zamanda, xalqımızın böyük təcrübəsi, yaratdığı əxlaq normaları, törələrimiz yeni məna və dəyər qazanır. Kimlərsə bəyənməyə bilər, lakin qədimdən bəri  Azərbaycanda mövcud olmuş mənəviyyat mühiti,  türk əxlaqı və ailə ənənələrimizdəki böyük məna, möhtəşəm insan sevgisi və müdriklik  əslində insanlığın nicat yollarından biri sayılmalıdır.

Doğrudan da dövlətin əsası ailədir. Buna görə də düşmənlərimizin gizli əlləri ilk növbədə Azərbaycanda ailə bağlılığını pozmağa çalışır. Bu istiqamətdə böyük təbliğat gedir. Boşanmaların artması, nikahdankənar əlaqələrin artması  sonrakı qanunsuzluqlara və faciələrə yol açır.

Uşağı qorumağın ən dəyişilməz qanunu ailə sevgisi, uşaqlarla valideyinlər arasında ömrün sonunadək davam edən bağlılıq, böyük-kiçik yerinin və ədəb-ərkanın qorunmasıdır.

Bunu unutsaq heç bir qanun uşaqlarımızın təhlükəsiz həyatını qoruya bilməz. Azərbaycanda valideyn-övlad bağlılığının ailə nizamının və milli əxlaqın əsasıdır. Bu, misilsiz bir örnəkdir. Bunu qorumalıyıq.

Millətimizin övlad yetişdirmə kimi çox böyük təcrübəsini və ənənəsini unutmamalıyıq”.

Bənzər Xəbərlər

Gündəm

XTQ-nin yaradılması günü münasibətilə silsilə tədbirlər keçirilib

Aprel 30, 2026
Gündəm

Azərbaycan Ordusunda kibertəhlükəsizlik üzrə mütəxəssislərin peşəkarlığı artırılır

Aprel 30, 2026
Gündəm

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş minifutbol üzrə birincilik start götürüb

Aprel 30, 2026
Dünya

Xameneyidən Hörmüz mesajı: “Yeni bir fəsil yazılır”

Aprel 30, 2026
Dünya

Pezeşkian: İranın dəniz blokadası uğursuzluğa məhkumdur

Aprel 30, 2026
Gündəm

Zəfərin "görünməz" memarları: İradənin polada çevrildiyi yer - XTQ

Aprel 30, 2026

XƏBƏR LENTİ

Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq

30 Aprel, 26 / 23:29

ABŞ İranın  təxminən 500 milyon dollar dəyərində aktivlərini ələ keçirib

30 Aprel, 26 / 23:25

Pentaqon İrana qarşı müharibə üçün 200 milyard dollar tələb etmək niyyəti ilə bağlı məlumatları təkzib edib

30 Aprel, 26 / 21:48

İranın nüvə enerjisinə olan hüququ ABŞ ilə danışıqların bərpası üçün əsas şərt olacaq

30 Aprel, 26 / 21:42

Rusiyada ardıcıl hücumlar: Strateji hədəflərə zərbələr endirildi

30 Aprel, 26 / 20:38

Aİ müdafiə xərclərini sürətlə artırır

30 Aprel, 26 / 20:31

İranın xarici işlər naziri və Livan Parlamentinin sədri arasında telefon danışığı olub

30 Aprel, 26 / 20:27

“Şuşa” deyərək, irəli gedirdik… - Keçmiş xüsusi təyinatlılar xatirələrini bölüşüblər

30 Aprel, 26 / 19:05

Tramp Almaniya kanslerinə İrana deyil, Ukraynaya diqqət yetirməyi məsləhət gördü

30 Aprel, 26 / 18:58

XTQ-nin yaradılması günü münasibətilə silsilə tədbirlər keçirilib

30 Aprel, 26 / 18:11

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.