Gündəm

“COP29-dan sonra WUF13-ün də Azərbaycana həvalə edilməsi ölkəmizə yüksək inamın göstəricisidir”

16 May 2026, 21:473
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi təkcə ölkəmiz üçün deyil, bütövlükdə qlobal urbanistika platforması üçün tarixi və strateji əhəmiyyət kəsb edir. COP29-a ev sahibliyindən sonra bu miqyasda növbəti mötəbər tədbirin Bakıda təşkil olunması Azərbaycanın qlobal gündəmi müəyyən edən əsas mərkəzlərdən birinə çevrildiyini növbəti dəfə sübut edir”.

Zefer.media xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında “Ekoloji Dayanıqlılıq və Təbiətin Qorunması” İctimai Birliyinin sədri Vasif Həsənli bildirib.

Onun sözlərinə görə, COP29-dan sonra WUF13-ün də Azərbaycana həvalə edilməsi beynəlxalq birliyin ölkəmizin yüksək təşkilatçılıq qabiliyyətinə və təhlükəsizlik mühitinə olan inamının göstəricisidir.

Vasif Həsənli həmçinin qeyd edib ki, hazırda Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzurda sıfırdan müasir, ekoloji təmiz, “ağıllı” şəhər və kəndlər inşa edir.

O, düşünür ki, Bakıda təşkil olunacaq WUF13 tərbiri də Azərbaycanın unikal təcrübəsini dünyaya təqdim etmək üçün ideal platformaya çevriləcək:

“Çünki Azərbaycanın işğaldan azad edilmiş şəhərlərinin timsalında münaqişədən zərər çəkmiş ərazilərin ən müasir şəhərsalma standartları ilə yenidən qurulması qlobal miqyasda post-münaqişələrin bərpası üçün yaxşı nümunə rolunu oynayır. Hesab edirəm ki, beynəlxalq forum iştirakçıları nəzəriyyələrin real həyatda sıfırdan necə tətbiq olunduğunu məhz Azərbaycanın timsalında görə biləcəklər”.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600