Dünya

CNN: “İranın ABŞ-nin təklifinə tezliklə cavab verəcəyi gözlənilir”

7 May 2026, 13:342
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Tehranın müharibənin dayandırılması ilə bağlı ABŞ-nin təklifinə cavabının cümə axşamı göndərilməsi ehtimal olunur.

Zefer.media xəbər verir ki, bu barədə “CNN” telekanalı bildirib.

İran vasitəçilər üzərindən təqdim olunan ABŞ-nin təklifini hazırda nəzərdən keçirir. Bir mənbə iki tərəfin müharibənin dayandırılması istiqamətində razılaşmaya doğru irəlilədiyini deyib.

CNN vurğulayır ki, ABŞ prezidenti Donald Tramp əvvəlcə cavab üçün bir həftəlik müddət verildiyini səsləndirsə də, konkret son tarix açıqlanmayıb və razılaşma əldə olunmasa, hərbi əməliyyatların yenidən başlayacağı barədə xəbərdarlıq edib.

Digər mənbələr, o cümlədən Axios nəşri Tehrana cavab üçün 48 saatlıq möhlət verildiyini açıqlayıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600