Ciansu əyalətinin Çançjou şəhərində güclü fırtınadan cəmi bir neçə dəqiqə əvvəl səma sürreal çəhrayı-qırmızı rəng alıb.
Zefer.media xəbər verir ki, mənzərə heç bir filtr olmadan sanki başqa planetdən çəkilmiş görüntünü xatırladıb.
Bu qeyri-adi mənzərənin səbəbi fizikadır: fırtına ərəfəsində yüksək rütubət və sıx buludlar Günəş işığının fərqli şəkildə səpələnməsinə səbəb olur və spektrin əsasən uzun qırmızı dalğaları keçərək səmada belə təsir yaradır.
Zərintac Mayisqızı

















