Gündəm

Çin prezidenti İlham Əliyevi Novruz Bayramı münasibətilə təbrik edib

23 Mart 2026, 13:223
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Çin Xalq Respublikasının Prezidenti Si Tsinpin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Zefer.media məktubu təqdim edir :

“Hörmətli Prezident,

Bahar Bayramı münasibətilə ünvanladığınız təbrik məktubu üçün Sizə səmimi minnətdarlığımı bildirirəm. Çin hökuməti və xalqı adından Sizə, Hökumətinizə və bütün Azərbaycan xalqına ən xoş təbriklərimi çatdırıram.

Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır. Son illərdə siyasi qarşılıqlı etimad möhkəmlənir və bütün sahələrdə əməkdaşlıq inkişaf edir. Mən Çin-Azərbaycan münasibətlərinin irəliləməsinə böyük önəm verirəm və bu münasibətləri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsində daha da yüksəltmək üçün Sizinlə birgə səylər göstərməyə hazıram.

Sizə möhkəm sağlamlıq və rifah arzulayıram”.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600