Dünya

Çin Pakistanın İran–ABŞ vasitəçiliyini dəstəklədi

13 May 2026, 18:060
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün Çinin xarici işlər naziri Vanq Yi pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə telefon danışığı apararaq İslamabadın İran və ABŞ arasında vasitəçilik səylərini yüksək dəyərləndirib.

Zefer.media xəbər verir ki, söhbət ABŞ prezidenti Donald Trampın Çin lideri Si Cinpin ilə görüş üçün Pekinə səfəri ərəfəsində baş tutub.

Vanq Yi Pakistanın danışıqların asanlaşdırılması və müvəqqəti atəşkəsin uzadılmasında rolunu tərifləyərək, İslamabadı Hörmüz boğazı ilə bağlı gərginliyin azaldılması və bölgədə sülhün bərqərar olması üçün diplomatik səylərini davam etdirməyə çağırıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian isə Pekinin Pakistanın vasitəçilik rolunu dəstəklədiyini və sülh razılaşmasının əldə olunmasında iştirak etməyə hazır olduğunu bildirib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600