Dünya

CENTCOM: “İranın ABŞ bazalarına raket hücumları dəf edilib

29 İyul 2026, 12:377
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdə yerləşən ABŞ qüvvələrinə qarşı ballistik raketlərlə hücum cəhdi həyata keçirib.

Zefer.media CENTCOM-un “X” hesabında yaydığı məlumata istinadən xəbər verir ki, hücum ABŞ-nin Şərq sahili vaxtı ilə saat 17:45-də baş verib.

Komandanlıq qeyd edib ki, İran tərəfindən buraxılan bütün ballistik raketlər hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla zərərsizləşdirilib.

CENTCOM əlavə edib ki, ABŞ qüvvələri bölgədə yüksək döyüş hazırlığı vəziyyətini qorumaqda davam edir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600