Xarici xəbərlər

CENTCOM: “İrana qarşı 12-ci gecə hücumları başa çatıb”

23 İyul 2026, 11:321
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı ardıcıl 12-ci gecə hücumlarının başa çatdığını elan edib.

Zefer.media xəbər verir ki, bu barədə komandanlıq bəyanat yayıb.

Belə ki, əməliyyatlar çərçivəsində İranın müxtəlif hərbi hədəflərinə, o cümlədən dəniz qüvvələrinə məxsus obyektlərə, raket və pilotsuz uçuş aparatlarının (PUA) saxlanma məntəqələrinə, sahil müşahidə postlarına və hava hücumundan müdafiə sistemlərinə zərbələr endirilib.

Əhvaz, Buşehr, Kermanşah əyalətinin İslamabad-e Qərb şəhəri, Mahşəhr, Əndimeşk, Şələmşə, Ramşir, Cask və Sirik şəhərlərində yerləşən hərbi obyektlərə genişmiqyaslı hava və raket zərbələri endirilib.

CENTCOM bildirib ki, ABŞ qüvvələri əməliyyat çərçivəsində İranın dəniz qüvvələrinə aid imkanlarını, raket və pilotsuz uçuş aparatlarının (PUA) saxlanma məntəqələrini, sahil müşahidə postlarını və hava hücumundan müdafiə sistemlərini hədəfə alıb.

Komandanlığın açıqlamasına əsasən, cari ay ərzində İranda onlarla hərbi obyekt vurulub.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600