Xarici xəbərlər

CENTCOM İran blokadasının icrası ilə bağlı yeni rəqəmləri açıqladı

10 Avqust 2026, 11:333
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranla bağlı dəniz blokadasının icrası və digər hərbi missiyaları dəstəkləmək məqsədilə Yaxın Şərqə yerləşdirilən ABŞ hərbi qüvvələrinin fəaliyyəti barədə yeni məlumat yayıb.

Zefer.media CENTCOM-un açıqlamasına istinadən xəbər verir ki, 9 avqust tarixinə ABŞ qüvvələri İran embarqosunun icrasını təmin etmək məqsədilə 55 ticarət gəmisinin istiqamətini dəyişib.

Komandanlıq iki gəminin sıradan çıxarıldığını, daha iki ticarət gəmisinə isə minilərək yoxlama aparıldığını bildirib.

Məlumata görə, hazırda ABŞ-nin 20-dən çox hərbi gəmisi İrana qarşı tətbiq olunan embarqonun icrası da daxil olmaqla, regiondakı hərbi missiyaları dəstəkləmək üçün Yaxın Şərqdə yerləşdirilib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600