Gündəm

Cəlil Xəlilov Şabranda şəhid Elvin İsgəndərovun ailəsini ziyarət etdi – FOTO

24 Mart 2026, 13:265
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 20 mart 2026-cı il tarixində Şabranda şəhid baş gizir Elvin İsgəndərovun ailəsini ziyarət edib.

Zefer.media xəbər verir ki, şəhid ailəsini bayram münasibətilə təbrik edən polkovnik Cəlil Xəlilov, erməni faşizmi üzərindəki tarixi qələbənin əldə edilməsində şəhidlərimizin həlledici roluna toxunub, onların qəhrəmanlığının illər, əsrlər sonra da hər bir azərbaycanlı üçün ilham mənbəyi olacağını vurğulayıb.

Şəhidin qardaşı Elçin İsgəndərov gəlişinə görə polkovnik Cəlil Xəlilova təşəkkür edib, şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, o cümlədən, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Ziyarət əsnasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daxili imkanları hesabına şəhid ailəsinə maddi dəstək göstərilib, şəhid övladlarına hədiyyələr təqdim olunub.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600