• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
30.5° Weather Ashburn
$
1.7
€
2.0004
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Cəhridən Lələtəpəyə, Lələtəpədən əbədiyyətə – Qəhrəmanlıq yolu

08 Aprel, 26 / 13:53
A A

Babək rayonunun Cəhri qəsəbəsindən çıxan igid zabit – şəhid mayor “Rasim Məmmədov”in həyat yolu Vətənə sədaqətin, cəsarətin və əsl qəhrəmanlığın bariz nümunəsidir. Onun ömür yolu yalnız şəxsi taleyi deyil, həm də Azərbaycan əsgərinin şərəfli döyüş salnaməsidir.

Rasim Məmmədov gənc yaşlarından Vətən sevgisi ilə böyüyüb. Ailəsində gördüyü vətənpərvərlik nümunəsi onun həyat yolunu müəyyənləşdirib. Atası uzun illər torpaqlarımızın müdafiəsində iştirak etmiş, ağır yaralanaraq ömürlük əlil qalmışdı. Bu hadisələr Rasimin yaddaşında silinməz iz buraxmış, onu atasının yolunu davam etdirməyə sövq etmişdi.

Şəhidin anası Bəsti xanımın sözləri bu yolun necə başlanmasını aydın ifadə edir:

“Rasim 9-cu sinifdə oxuyanda məktəbdə eşitmişdi ki, Sədərəkdə döyüş gedir. Gəldi ki, maşın olsa gedib atama kömək edərəm. Atası vuruldu, amma o qorxmadı. Dedi ki, mən atamın yolunu gedəcəyəm. Atası da ona xeyir-dua verdi – gedin torpağımızı qoruyun.”

Bu xeyir-dua ilə Rasim hərb yolunu seçərək “Bakı Ali Birləşmiş Komandirlər Məktəbi”nə daxil olur. Təhsilini uğurla başa vuraraq peşəkar zabit kimi formalaşır, xidmətində daim fərqlənir və tank taborunun komandiri – mayor rütbəsinə qədər yüksəlir.

Onun həyat yoldaşı Samirə xanım Rasimin xarakterini belə xatırlayır:

“Rasim evdə həmişə vətənpərvərlik mahnıları dinləyirdi. Hərbi hissəyə gedəndə əsgərlərinə də dinlədirdi. Telefonunda “Çırpınırdı Qara dəniz” mahnısı vardı, çox sevərdi…”

2016-cı ilin aprelində baş verən və tarixə Aprel döyüşləri kimi düşən döyüşlərdə Rasim Məmmədov ön cəbhədə idi. Lələtəpə uğrunda gedən şiddətli döyüşlərdə böyük şücaət göstərərək qəhrəmancasına şəhid oldu.

Samirə xanım həmin günləri belə xatırlayır:

“Aprelin 1-dən 2-nə keçən gecə atışmalar başladı. Sonuncu danışığımızda dedi ki, hər şey yaxşıdır, düşmənin anasını ağlatdıq. Aprelin 4-ü zəng etdim, telefona cavab vermədi… Bununla da bizim həyat hekayəmiz bitdi. Amma mən qürur duyuram ki, Rasimin həyat yoldaşıyam.”

Rasim Məmmədov göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Vətən uğrunda medalı” və II dərəcəli “Qüsursuz xidmətə görə medalı” ilə təltif olunub.

Ailəli idi, iki övladı yadigar qaldı. Onun ömür yolu – Cəhridən Lələtəpəyə uzanan və əbədiyyətə qovuşan yol – Vətən uğrunda canından keçən qəhrəmanların ölməzliyinin rəmzidir.

Bu igid zabitin həyatı bir daha sübut edir ki, Vətən sevgisi ən ali dəyərdir. Rasim Məmmədovun adı və keçdiyi şərəfli yol xalqımızın yaddaşında daim yaşayacaq.

Bənzər Xəbərlər

Banner

“Tasnim News” İran-ABŞ danışıqları haqqında anime videosu yayımlayıb

Aprel 14, 2026
Banner

Paytaxtın bəzi yerlərində dolu yağıb - VİDEO 

Aprel 14, 2026
Dünya

Vaşinqtonda İsrail və Livan arasında danışıqlar bu qədər davam edib

Aprel 14, 2026
Banner

Süni uşaq qidalarının içindən çıxan həşəratlar - Körpələri necə qoruyaq?

Aprel 14, 2026
Banner

İran XİN Azərbaycana təşəkkür edib

Aprel 14, 2026
Cəmiyyət

Ənənəvi ticarət sıradan çıxa bilər mi? - AÇIQLAMA 

Aprel 14, 2026

XƏBƏR LENTİ

“Tasnim News” İran-ABŞ danışıqları haqqında anime videosu yayımlayıb

14 Aprel, 26 / 23:45

İranın nüvə silahı əldə etməsi dünya üçün qəbuledilməzdir - Vens

14 Aprel, 26 / 23:01

Paytaxtın bəzi yerlərində dolu yağıb - VİDEO 

14 Aprel, 26 / 22:57

Vaşinqtonda İsrail və Livan arasında danışıqlar bu qədər davam edib

14 Aprel, 26 / 22:52

ABŞ-ın İran nefti ilə bağlı mümkün qərarı açıqlanıb

14 Aprel, 26 / 22:05

Kadırov yeni mükafat aldı

14 Aprel, 26 / 21:34

ABŞ-İran danışıqları yaxın iki gün ərzində keçirilə bilər - Tramp

14 Aprel, 26 / 21:29

Süni uşaq qidalarının içindən çıxan həşəratlar - Körpələri necə qoruyaq?

14 Aprel, 26 / 21:02

TƏBİB-in icraçı direktoru bu şəxs təyin edildi

14 Aprel, 26 / 20:29

İran XİN Azərbaycana təşəkkür edib

14 Aprel, 26 / 20:02

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.