Siyasət

Bu tarixdə Moskvada Putin və Paşinyan arasında danışıqlar keçiriləcək

31 Mart 2026, 14:1811
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiya prezidenti Vladimir Putin aprelin 1-də Moskvada  Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.

Zefer.media xəbər verir ki, bunu Kremlin mətbuat xidməti bildirib.

“1 aprel 2026-cı ildə Rusiya Prezidenti Vladimir Putin ilə Moskvada işgüzar səfərdə olacaq Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqlar keçiriləcək.Görüş çərçivəsində Rusiya və Ermənistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin hazırkı vəziyyətinin və perspektivlərinin, Avrasiya məkanında inteqrasiya əməkdaşlığının, eləcə də regional gündəliyin aktual məsələlərinin, xüsusilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafının müzakirə edilməsi planlaşdırılır“, – deyə qeyd edilib.

 

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600