Dünya

Bu ölkə SEPAH-ı terror təşkilatı elan etdi

1 Aprel 2026, 12:2710
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Argentina hökuməti SEPAH-ı rəsmi olaraq terror təşkilatı kimi tanıyıb.

Zefer.media xəbər verir ki, bu barədə Argentina rəsmilərinin açıqlama yayıb.

Həmin qərar SEPAH-ın 1994-cü ildə Buenos-Ayresdə baş vermiş terror hücumunda ittiham olunan Livan Hizbullahına dəstək verməsi ilə bağlıdır.

Məlumata əsasən, yeni qərar SEPAH-a qarşı maliyyə sanksiyalarının tətbiqinə və korpusun fəaliyyətinə qarşı əlavə əməliyyat məhdudiyyətlərinin həyata keçirilməsinə imkan verəcək.

Argentina tərəfi bildirir ki, SEPAH-ın hazırkı baş komandanı Əhməd Vəhidi AMIA terror aktını planlaşdırmaqda və idarə etməkdə ittiham olunan şəxslər siyahısında yer alır.

Qeyd edək ki, sözügedən terror hücumu 1994-cü il iyulun 18-də Buenos-Ayresdə baş verib. Hədəf Argentina Yəhudi icmasına məxsus Asociacion Mutual Israelita Argentina (AMIA) mərkəzinin binası olub. Partlayış nəticəsində 85 nəfər həlak olub, 300-dən çox insan yaralanıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600