İsveçrə Xarici İşlər Nazirliyi ABŞ və İran arasında mümkün danışıqlar üçün ev sahibliyi etməyə hazır olduğunu bildirib.
Zefer.media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Nazirliyin sözçüsü Melani Qugelman TASS-a müsahibəsində qeyd edib ki, əgər Cenevrə danışıqlar üçün seçim kimi nəzərdən keçirilərsə, İsveçrə həmişə “yaxşı xidmətlərini” təqdim etməyə hazırdır.
O, əlavə edib ki, İsveçrə sülh prosesinə yönəlmiş bütün diplomatik təşəbbüsləri dəstəkləyir və bu istiqamətdə tərəflərlə əlaqələri davam etdirir.
İsveçrə tarixən ABŞ-nin İranda maraqlarını təmsil edən vasitəçi rolunu oynayıb. Pakistan isə ABŞ-dəkı İran maraqlarını qoruyan diplomatik kanal kimi çıxış edib.
Eyni zamanda Axios-un məlumatına əsasən, Vaşinqton və Tehran münaqişəyə son qoyacaq ilkin anlaşma memorandumuna yaxınlaşa bilər və növbəti danışıqların İslamabad və ya Cenevrədə keçirilməsi ehtimal olunur.
Zərintac Mayisqızı

















