Dünya

Bu ölkə ərazisinə yenə 10-dan çox hava şarı uçub

10 Aprel 2026, 20:112
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Polşa ərazisinə 10-dan çox qaçaqmalçılıq şarları daxil olub. Polis vətəndaşları şübhəli bağlamalara toxunmamağa və dərhal məlumat verməyə çağırır.

Zefer.media  xəbər verir ki, RMF FM radiosu qaçaqmalçılıq şarlarının Varmin-Mazur voyevodluğunda Elk, Gijitsko və Bartoşitse şəhərləri yaxınlığında göründüyünü bildirib.

“Yerli polis Oleçko yaxınlığında oxşar obyektlərin peyda olması haqqında da bildirib”, – deyə “Gazeta.pl” xəbər portalı yazır.

Polis şübhəli bağlamaları, xüsusən də yükü olan şarları görən insanları onlara yaxınlaşmamağa və toxunmamağa çağırır. Hazırda bütün şarların yerə düşüb-düşmədiyi barədə heç bir məlumat yoxdur. Mövcud məlumatlar göstərir ki, şarlara qanunsuz gətirilən siqaretlər olan qara bağlamalar yapışdırılıb.

RMF FM-in məlumatına görə, hər bir belə şar adətən GPS qəbuledicisi ilə təchiz olunub. Bu, qaçaqmalçılıq malları toplayanlara onun düşmə yerini müəyyən etməyə imkan verir. Polis hazırda bu işi araşdırır.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600