Dünya

Bu gün Ukraynanın prioritet olmadığını etiraf etməliyik – Volodimir Zelenski

5 Aprel 2026, 18:202
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ və İsrailin İrana qarşı uzunmüddətli müharibəsi Amerikanın Kiyevə dəstəyini daha da zəiflədə bilər.

Zefer.media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Associated Press”ə verdiyi müsahibəsində söyləyib.

Onun sözlərinə görə, Ukraynanın Rusiyanın gündəlik hücumlarına qarşı tab gətirməsi üçün təcili olaraq Amerikanın əlavə “Patriot” sistemlərinə ehtiyacı var.

Zelenski Kiyevin hələ də ballistik raketləri zərərsizləşdirmək üçün həmin sistemlərə təsirli alternativinin olmadığını diqqətə çatdırıb.

Ukrayna lideri qeyd edib ki, Yaxın Şərqdəki yeni müharibə fonunda Ukrayna artıq beynəlxalq diqqət mərkəzində deyil. O vurğulayıb ki, buna görə də Kiyev İran üzərində uzunmüddətli münaqişənin ABŞ-nin dəstəyinin daha da azalmasına səbəb olacağından qorxur: “Etiraf etməliyik ki, bu gün biz prioritet deyilik”.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600