• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24° Weather Ashburn
$
1.7
€
1.9765
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Mədəniyyət

Bu gün Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür

26 Avqust, 26 / 11:59
A A

Hər il 26 avqust tarixi Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi keçirilir.

Zefer.media xəbər verir ki, həmin əlamətdar gün Azərbaycanın qədim və zəngin musiqi irsi olan muğamın dünya miqyasında təbliğinə xidmət edir.

Muğam mədəniyyətimizin ən qiymətli simgəsi, ruhumuzu qidalandıran bir nemətdir.

UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilən muğam həm də milli kimliyimizin və mənəvi dəyərlərimizin simvoludur. Ölkə daxilində və xaricdə müxtəlif mədəniyyət müəssisələri, o cümlədən Azərbaycan Milli Kitabxanası tərəfindən sərgilər və tədbirlər təşkil olunur.

Belə ki, Azərbaycan muğamının müasir tarixində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır.

Ölkəmizdə “Muğam aləmi” Beynəlxalq muğam festivallarının, müsabiqələrin, muğam konsertlərinin, simpoziumların təşkili, “Qarabağ xanəndələri” albomunun buraxılması, “Muğam” jurnalının, “Muğam ensiklopediyası”nın nəşri, müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusunun hazırlanması Heydər Əliyev Fondunun bu sahəyə göstərdiyi diqqətə bariz nümunələrdəndir.

1971-ci ildə UNESCO 50 albomdan ibarət “Dünya ənənəvi musiqisinin antologiyası” kolleksiyasına “Şərqin musiqi antologiyası” seriyasında çıxan “Azərbaycan musiqisi” qrammofon valını da daxil etmişdir. 1975-ci ildə Azərbaycan muğamları yenə də UNESCO tərəfindən “Musiqi mənbələri” seriyasında buraxılıb. Azərbaycan muğamı Andrey Tarkovskinin bütün dünya ekranlarını dolaşan “Stalker” filmində, hətta kosmosda səslənmişdir. ABŞ Milli Kosmik Agentliyi (NASA) tərəfindən Azərbaycanın muğam musiqi nümunəsi 1977-ci ildə hətta kosmosa göndərilib.

Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda bir-birindən maraqlı beynəlxalq və ölkə əhəmiyyətli musiqi layihələri, festivalları, müsabiqələr təşkil edilir. Belə uğurlu layihələrdən biri də “Muğam” Televiziya müsabiqələridir.

Bəstəkarlarımız üçün ilham mənbəyi olan muğam həm də milli musiqi mədəniyyətimizin uğurlarının əsasında durur. Dahi Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasını muğam üzərində yazıb, Fikrət Əmirov “Şur” və “Kürd-Ovşarı” simfonik muğamları ilə dünya musiqisində simfonik muğam janrının əsasını qoyub. Niyazi, Qara Qarayev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Aqşin Əlizadə, Arif Məlikov, Firəngiz Əlizadə və digər görkəmli bəstəkarlarımızın yaradıcılığında muğamdan irəli gələn bədii prinsiplər ən müasir kompozisiya texnikası ilə qovuşur. Vaqif Mustafazadə isə bu janrı caz sənətinə gətirib.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Siyasət

ŞƏT liderləri Bişkek Bəyannaməsini qəbul ediblər

Sentyabr 1, 2026
Siyasət

Hacıyev və Simonyan sülh gündəliyini müzakirə ediblər

Sentyabr 1, 2026
Siyasət

İlham Əliyev Pelleqrinini təbrik etdi

Sentyabr 1, 2026
Siyasət

Azərbaycan yeni geosiyasi reallığın əsas aktorlarından biridir

Avqust 31, 2026
Siyasət

İlham Əliyev və Nikol Paşinyan arasında görüş başlayıb

Avqust 31, 2026
Cəmiyyət

Uzun müddət aradan sonra işə necə adaptasiya olmaq lazımdır? - AÇIQLAMA 

Avqust 31, 2026

XƏBƏR LENTİ

Mingəçevirdə veteranların böyük görüşü baş tutdu

06 Sentyabr, 26 / 12:59

“Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil”

06 Sentyabr, 26 / 12:45

Cavanşir Feyziyev: Şvabe və onun tərəfdarları Azərbaycana təzyiq cəhdləri  ilə özlərini ifşa edir

06 Sentyabr, 26 / 11:20

“Yeni Çağ” 19 yaşını qeyd edir

05 Sentyabr, 26 / 15:30

Turan Qastro Turizm Təhsil Mərkəzinin ilk məzunlarına CTH beynəlxalq diplomları təqdim olunub – FOTOLAR

05 Sentyabr, 26 / 15:25

Odessa vilayətində TCK əməkdaşının iki yaşlı uşağı vuraraq hadisə yerindən qaçdığı bildirilir

04 Sentyabr, 26 / 17:33

Milei Folklend adaları yaxınlığında neft hasil edən şirkətlərə qarşı sanksiyaları sərtləşdirəcək

04 Sentyabr, 26 / 17:21

Azeri Light neftinin qiyməti 105 dollara yaxınlaşıb

04 Sentyabr, 26 / 16:11

“Qərb silah istehsalı müəssisəsi Rusiyanın hədəfinə çevriləcək”

04 Sentyabr, 26 / 15:06

Payız fəsli Azərbaycana nə vaxt daxil olur?

04 Sentyabr, 26 / 14:49

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.