Rusiya neftinə qarşı sanksiyaları yumşaltdıqdan sonra Böyük Britaniya bir sıra əsas sahələri əhatə edəcək Rusiya maliyyə sektoruna qarşı yeni məhdudiyyətlər paketi hazırlayır.
Zefer.media xəbər verir ki, bu barədə Ukrayna prezidentinin Sanksiyalar Siyasəti üzrə Komissarı Vladislav Vlasyukun jurnalistlərə verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, Böyük Britaniyanın son qərarları ilə bağlı müzakirələr fonunda 20 may sanksiya paketinin əslində əhəmiyyətli bir təzyiq vasitəsi olması çox vaxt nəzərdən qaçırılır.
Vlasyuk əlavə edib: “Sənədi ətraflı təhlil etsəniz, London bir neçə sahədə yeni məhdudiyyətlər qeydə alıb”.
Zərintac Mayisqızı

















