Cəmiyyət

“YAŞAT” Fondu tərəfindən “Hədiyyə karvanı” layihəsi reallaşdırılır

26 May 2026, 12:451
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “YAŞAT” Fondu tərəfindən “Hədiyyə karvanı” layihəsi həyata keçirilir.

Layihə “NEQSOL Holding”in, “Bakcell”in və “Norm” ASC-nin sponsorluğu, eləcə də “Azərsun Holdinq”in dəstəyi ilə gerçəkləşdirilir.

Respublikanın bütün regionlarını əhatə etməklə, 14 yaşadək olan 1600-dən artıq şəhid övladına bayram münasibətilə hədiyyələr təqdim ediləcək.

Hədiyyələrin bölgələrə çatdırılması prosesində AZAL, Abşeron Logistika Mərkəzi, 166 Yükdaşıma və Logistika, AMO Transport və 189 Logistika tərəfindən dəstək təmin olunur.

Hazırda hədiyyə qutularının şəhid ailələrinə çatdırılması prosesi davam edir.

“YAŞAT” Fondu layihənin icrasında göstərilən dəstəyə görə tərəfdaş qurumlara və aidiyyəti icra hakimiyyəti orqanlarına təşəkkürünü bildirir.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600