Dünya

Britaniya Baş naziri Ukrayna üçün “Patriot” raketləri ilə bağlı Trampla görüşəcək

25 Avqust 2026, 17:201
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Böyük Britaniyanın Baş naziri Endi Bernhem Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin əldə etməsinə dəstək məqsədilə ABŞ Prezidenti Donald Trampla görüşməyi planlaşdırır.

Zefer.media “Bloomberg”ə istinadən xəbər verir ki, Bernhem sentyabr ayında digər Avropa liderləri ilə birlikdə ABŞ-a səfər edəcək. Səfər zamanı Ukraynanın ABŞ-ın raket ələkeçiricilərinin ehtiyatlarının bir hissəsinə çıxış əldə etməsinə nail olmaq üçün Trampla danışıqlar aparılması nəzərdə tutulur.

“Bu, görünür, ən mümkün istiqamətdir. Hələ heç nə təsdiqlənməyib, lakin əksəriyyətin meyli buna doğrudur”, – deyə Bernhem bildirib.

Britaniya Baş naziri Kiyevə səfərindən sonra Ukraynanı “real nikbinliklə” tərk etdiyini söyləyib. O, hazırda mövcud olan raket-ələkeçirici çatışmazlığının həll edilə bilən problem olduğunu vurğulayıb.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600