ABŞ və İsraillə müharibənin başlanmasından bəri İranda repressiya tədbirləri sərtləşib.
Zefer.media xəbər verir ki, bununla əlaqədar BMT-nin İnsan Hüquqları İdarəsi açıqlama yayıb.
Təşkilatın məlumatına görə, müharibə başlayandan indiyədək İslam Respublikası tərəfindən ən azı 21 nəfər edam edilib, 4000-dən çox insan isə həbs olunub.
BMT-nin açıqlamasında qeyd edilir ki, ABŞ və İsrailin hücumlarından sonra:
“•ən azı 9 nəfərin bu ilin yanvar etirazları ilə əlaqəli ölüm hökmü həyata keçirilib;
•10 nəfər müxalif qruplara üzv olmaq ittihamı ilə asılıb;
•2 nəfər isə casusluq ittihamı ilə ölüm cəzasına məhkum edilərək edam olunub”.
Zərintac Mayisqızı

















