Xarici xəbərlər

Bizim kimilər sizin kimilərlə heç vaxt danışıqlar aparmayacaq – İran hərbi rəsmisi

25 Mart 2026, 17:192
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“İran ABŞ ilə danışıqlara yalnız öz təşəbbüsü ilə başlayacaq”.

Zefer.media “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu sözləri “Xatəm əl-Ənbiya” mərkəzi hərbi komandanlıq qərargahının rəsmi nümayəndəsi İbrahim Zülfüqari bildirib.

“Bu iradə o zaman yaranacaq ki, İran xalqına qarşı fəaliyyət düşüncəsi sizin çirkli zehninizdən tamamilə təmizlənəcək. Bizim ilk gündən bəri ilk və son sözümüz belə olub, belədir və belə də olacaq: bizim kimilər heç vaxt sizin kimilərlə danışıqlar aparmayacaq”, — deyə İran hərbi rəsmisi vurğulayıb.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Karolin Livitt bildirmişdi ki, Birləşmiş Ştatlar İranla təmaslar zamanı ona qarşı hərbi əməliyyatın miqyasını azaltmayacaq.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600