Dünya

“Bizi öldürməyi dayandırın” – Tramp İrana dair ardıcıl paylaşımlar etdi

21 İyul 2026, 17:573
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün ABŞ prezidenti Donald Tramp özünün “Truth Social” platformasında İranda edam edilən etirazçılar və ölüm hökmü ilə üzləşən şəxslərlə bağlı ardıcıl paylaşımlar edib.

Zefer.media xəbər verir ki, paylaşımlardan birində 23 yaşlı Gülməhəmməd Məhəmmədinin edam edildiyi bildirilib. Digər paylaşımda isə adı açıqlanmayan 18 yaşlı bir gəncin təsviri yer alıb.

Trampın paylaşdığı üçüncü vizualda isə İran bayrağı fonunda, əlində “Bizi öldürməyi dayandırın” (ing. Stop killing us) yazılmış vərəq tutan, göz yaşları içində təsvir olunan bir qadının süni intellekt vasitəsilə hazırlanmış görüntüsü paylaşılıb.

Tramp ilk paylaşımında isə belə yazıb: “Sonuncu hadisədə 52 mindən çox günahsız etirazçı var. Vəhşilər!!! Demokratlar nə vaxt ayılacaqlar???”

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600