Böyük Britaniyanın baş naziri Endi Bernhem insanlara yanacaqdoldurma məntəqələrində benzin və dizelin qiymətlərini əvvəlcədən Google Maps vasitəsilə yoxlamağı və yaxınlıqdakı məntəqələrdə yanacağın qiymətini müqayisə edərək daha ucuz variantı seçməyi təklif edib.
Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, o, bu üsulun yanacaqdoldurma məntəqəsinə getməzdən əvvəl ən sərfəli qiyməti müəyyən etməyə imkan verdiyini bildirib.
“Bilirəm ki, insanları yanacağın qiymətləri narahat edir. Mən bunu başa düşürəm. Yanacaqdoldurma məntəqəsinə yaxınlaşırsınız, rəqəmlərin necə artdığını görürsünüz və düşünürsünüz ki, niyə bu, əvvəlkindən xeyli baha başa gəlir. Reallıq budur ki, qlobal hadisələr xərcləri artırır və burada, ölkə daxilində ailələr bunun nəticələrini hiss edirlər”, – deyə Endi Bernhem X sosial şəbəkəsində yazıb.
Pərvin Hacıyeva


















