“Biz razılaşmaya hazırıq. Amma həm ABŞ, həm də Belarusun maraqlarının nəzərə alınması üçün buna hazırlıq görülməlidir”.
Zefer.media xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Belarus prezidentinin sözlərinə görə, hələ də bir çox məsələlərin həlli lazımdır.
“Biz maraqlarımızı müəyyənləşdirdik və amerikalılara müvafiq təkliflər göndərdik. Mənə məlumat verildi ki, onlar üzərində iş gedir”, – Lukaşenko bildirib.
Zərintac Mayisqızı

















