Bu gün səhər saatlarında BƏƏ-yə məxsus iki neft tankerinin Hörmüz boğazından keçərkən hücuma məruz qaldığı bildirilir.
Zefer.media xəbər verir kiz, ilk açıqlamada BƏƏ-nin Milli Neft Şirkəti (ADNOC) şirkətinə məxsus gəmidə hadisə nəticəsində itki olmadığı deyilsə də, BƏƏ Xarici İşlər Nazirliyi daha sonra ölən və yaralananların olduğunu bəyan edib.
Nazirliyin məlumatına görə, “Mombasa” və “Al Bahiya” adlı tankerlər Omanın ərazi sularından keçərkən iki raketlə hədəfə alınıb. Hücum nəticəsində bir Hindistan vətəndaşı ölüb, 6 Hindistan vətəndaşı və 2 Ukrayna vətəndaşı olmaqla 8 nəfər yaralanıb.
BƏƏ Xarici İşlər Nazirliyi hücuma görə İranı ittiham edib və hadisəni kəskin pisləyib. İran tərəfinin səsləndirilən ittihamlara münasibəti ilə bağlı hələlik məlumat yoxdur.
Zərintac Mayisqızı

















