BƏƏ-nin bölgədəki ən mühüm neft tanker transfer mərkəzlərindən biri olan Füceyrə limanının fəaliyyətini dayandırdığı bildirilir.
Zefer.media xəbər verir ki, qərar SEPAH-ın Hörmüz boğazı yaxınlığında iki çox böyük xam neft tankerinə (VLCC) raket zərbəsi endirdiyi hücumdan sonra qəbul edilib.
Füceyrə limanı Hörmüz boğazından kənarda yerləşməsi səbəbindən BƏƏ-nin enerji ixracı və beynəlxalq dəniz daşımaları baxımından strateji əhəmiyyət daşıyır.
Zərintac Mayisqızı

















