• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
7.8° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

BDYPİ: Normadan artıq yüklənmə yolları sıradan çıxarmaqla yanaşı qəza riskini də artırır

04 Sentyabr, 26 / 14:43
A A

Normadan artıq yüklənmə yolları sıradan çıxarmaqla yanaşı qəza riskini də artırır.

Zefer.media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində qeyd olunub.

Bildirilib ki, BDYPİ əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı 99-GU-473 dövlət qeydiyyat nişanlı “Shacman” markalı yük avtomobilinin çəki parametrləri elektron tərəzi vasitəsilə yoxlanılıb. Yoxlama nəticəsində icazə verilən maksimum kütləsi 32 ton olan nəqliyyat vasitəsinin faktiki kütləsinin 66 ton təşkil etdiyi müəyyən edilib.

Bu da nəqliyyat vasitəsi üçün müəyyən edilmiş maksimum kütlə həddinin iki dəfədən artıq aşılması deməkdir. Belə hal nəqliyyat vasitəsinin təhlükəsiz istismarına ciddi təsir göstərməklə yanaşı, yol-nəqliyyat hadisəsinin başvermə ehtimalını artırır və yol örtüyünün vaxtından əvvəl sıradan çıxmasına səbəb olur.

Ümumilikdə, nəqliyyat vasitələrinin normadan artıq yüklənməsi tormoz məsafəsinin uzanmasına, manevr və dayanıqlıq imkanlarının azalmasına, təkərlərə, tormoz və asqı sistemlərinə düşən gərginliyin artmasına gətirib çıxarır. Bu isə idarəetmənin itirilməsi, texniki nasazlıqların yaranması və ağır yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.

Eyni zamanda, normadan artıq yüklənmiş ağırtonnajlı nəqliyyat vasitələrinin istismarı yol örtüyünün, körpülərin və digər yol qurğularının zədələnməsinə, onların istismar müddətinin azalmasına səbəb olur.

BDYPİ yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri, eləcə də sürücüləri müəyyən edilmiş çəki normalarına ciddi əməl etməyə və normadan artıq yüklənmiş nəqliyyat vasitələrinin istismarına yol verməməyə çağırır.

Bənzər Xəbərlər

Cəmiyyət

Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb

Oktyabr 22, 2026
Cəmiyyət

Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laporoskopik adrenalektomiya əməliyyatı icra olunub

Oktyabr 22, 2026
Cəmiyyət

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

Oktyabr 22, 2026
Cəmiyyət

Elektromobillərə keçidlə bağlı yeni strategiya: Planlar açıqlandı 

Oktyabr 22, 2026
Cəmiyyət

Pensiyası dayandırılanların NƏZƏRİNƏ

Oktyabr 22, 2026
Cəmiyyət

Kamran Əsədovun məhkəməsi təxirə salındı

Oktyabr 22, 2026

XƏBƏR LENTİ

“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib

22 Oktyabr, 26 / 20:19

Azərbaycan ICOMOS-un 23-cü Baş Assambleyasına ev sahibliyi edəcək

22 Oktyabr, 26 / 20:17

Azərbaycanın qolf turizmi imkanları Fransada təbliğ olunub

22 Oktyabr, 26 / 20:13

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

22 Oktyabr, 26 / 20:10

Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb

22 Oktyabr, 26 / 20:07

Tramp İranı ABŞ-də aralıq seçkilər ərəfəsində neftin qiymətini artırmağa çalışmaqda ittiham edib

22 Oktyabr, 26 / 19:58

Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laporoskopik adrenalektomiya əməliyyatı icra olunub

22 Oktyabr, 26 / 19:55

İtaliya hökuməti yanacağın bahalaşmasına etiraz edən sürücülərə dəstək tədbirləri görür

22 Oktyabr, 26 / 19:49

Ərdoğan Kanada ilə strateji tərəfdaşlığı gücləndirmək istəyir

22 Oktyabr, 26 / 19:36

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

22 Oktyabr, 26 / 19:36

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.