• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.2° Weather Ashburn
$
1.7
€
1.9747
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

BDU WUF13-də iqlimə dayanıqlı şəhərlər üçün hidroponik həllərə dair xüsusi təlim sessiyası təşkil edib

19 May, 26 / 21:25
A A

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə “Yaşıl evlər, yaşıl eyvanlar: İqlimə dayanıqlı şəhərlər üçün hidroponik həllər” adlı xüsusi təlim sessiyası keçirilib.

Zefer.media xəbər verir ki, sessiyanın açılışında moderator Mirhüseyn Tağıyev tədbirin məqsədi və BDU-nun WUF13 çərçivəsində həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib.

Qeyd olunub ki, BDU WUF13 çərçivəsində “Clean Charge” startapı ilə “Business Innovation Hub”da, “WUF Academy” təlim proqramında, “Youth at the Core of Housing Solutions” adlı panel müzakirəsində, eləcə də rəsmi sərgi stendi ilə təmsil olunur.

Sessiya çərçivəsində layihənin rəhbəri, BDU-nun Hüceyrə kulturası və genom redaktəsi laboratoriyasının müdiri Qumru Hüseynova çıxış edərək hidroponik sistemlərin evlərdə və eyvanlarda tətbiqi, orqanik qida istehsalı və yaşıl şəhər mühitinin formalaşdırılmasında bu yanaşmanın əhəmiyyətindən danışıb. Bildirib ki, layihə şəhər evləri və eyvanlarında kiçikölçülü hidroponik sistemlərin tətbiqi vasitəsilə iqlimə dayanıqlı, resurslara qənaət edən və sağlam yaşayış mühitlərinin yaradılmasına töhfə verməyi hədəfləyir.

Daha sonra “Grand Agro İnvitro” MMC-nin baş icraçı direktoru Ramil Azməmmədov “Böyüyən şəhərlərin qida təminatı: süni intellekt, su səmərəliliyi və kənd təsərrüfatının gələcəyi” mövzusunda təqdimatla çıxış edərək, müasir texnologiyaların aqrar sahədə tətbiqi və şəhər qida təhlükəsizliyinə təsiri barədə danışıb.

Tədbir çərçivəsində BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru İlyas Nəsibov Universitetdə həyata keçirilən startap layihələri, innovasiya təşəbbüsləri və tələbələrin elmi-texniki yaradıcılığının dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat verərək, “EkoEnerji” məntəqəsi layihəsini təqdim edib.

Biologiya fakültəsinin Biomühəndislik laboratoriyasının elmi araşdırmaçısı Nurlan Əmrahov “Ev üçün hidroponik sistemlər: konstruksiya, üstünlüklər və şəhər həyatında tətbiqi” mövzusunda çıxış edərək, hidroponik sistemlərin qurulması və gündəlik istifadəsi barədə məlumat verib.

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllimi Zərxanım Ağayeva isə “Gələcəyin yaşıl şəhərlərinin salınmasında biotexnologiyanın rolu” mövzusunda təqdimatla çıxış edib, biotexnologiyanın davamlı şəhər inkişafında əhəmiyyətini vurğulayıb.

Sessiya zamanı iştirakçılara davamlı şəhər həyatı, su resurslarından səmərəli istifadə, yerli qida istehsalı, şəhər yaşıllaşdırılması və iqlimə uyğunlaşma həlləri barədə məlumatlar təqdim olunub.

Qeyd edilib ki, interaktiv formatda keçirilən təlimdə ekspert təqdimatları, vizual materiallar, qrup işi və ssenari əsaslı tapşırıqlar birləşdirilərək, iştirakçılara öz şəhərləri üçün “yaşıl ev” və “yaşıl eyvan” konsepsiyalarının hazırlanması imkanı yaradılıb.

Tədbir sual-cavab sessiyası ilə davam edib.

Bənzər Xəbərlər

Gündəm

Gəmiyə hücum zamanı yaralanan vətəndaşlarımız AzTV-yə nələri danışdılar? – EKSKLÜZİV AÇIQLAMALAR

İyun 6, 2026
Gündəm

Hazırda Paşinyan hökuməti Rusiyanın maraqlarına daha uyğundur - Əli Zülfüqaroğlu

İyun 3, 2026
Gündəm

İyunda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar

İyun 2, 2026
Gündəm

Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edildi

İyun 1, 2026
Gündəm

Respublika Pediatriya Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib

İyun 1, 2026
Gündəm

“ASAN Viza”- 10 il

İyun 1, 2026

XƏBƏR LENTİ

Gəmiyə hücum zamanı yaralanan vətəndaşlarımız AzTV-yə nələri danışdılar? – EKSKLÜZİV AÇIQLAMALAR

06 İyun, 26 / 15:30

Azərbaycanda ilk su ölçmə sistemi Ağstafada quruldu

06 İyun, 26 / 14:32

Ali məktəblərə 2-ci cəhd imtahanına qeydiyyat niyə tez aparılır? - ARAŞDIRMA

06 İyun, 26 / 13:47

Regionlara 25 yeni ambulans və reanimobil təhvil verilib

05 İyun, 26 / 23:19

Həlak olan azərbaycanlılardan ikisinin kimliyi bilinib

05 İyun, 26 / 17:14

Yağıntılı hava ayın neçəsinə kimi davam edəcək?

05 İyun, 26 / 17:12

İsrailin Livanın cənubuna hücumları ilə bu qədər şəxs həlak olub

05 İyun, 26 / 17:09

Ərdoğan: Qlobal sistem bir çox fürsəti boşa verdi

05 İyun, 26 / 17:01

Fərid Əhmədov Zəngilanda vətəndaşları qəbul edib

05 İyun, 26 / 16:27

Polşa Baş nazirinin müavini UPA vasitəsilə ukraynalılara məktub yazdı

05 İyun, 26 / 16:20

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.