• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
4.9° Weather Columbus
$
1.7
€
1.9934
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

BDU-da “Danışır təcrübə” layihəsinin növbəti qonağı “APA Media Group”un baş direktoru Vüsalə Mahirqızı olub

21 Aprel, 26 / 21:13
A A

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən “Danışır təcrübə” layihəsinin növbəti qonağı Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “APA Media Group”un baş direktoru, Əməkdar jurnalist Vüsalə Mahirqızı olub.

BDU-nun Mətbuat xidmətindən Zefer.media – ya verilən məlumata görə, Jurnalistika fakültəsinin dekanı, professor Vüqar Əliyev ölkənin media məkanında xüsusi çəkisi olan jurnalistlərlə silsilə görüşlərin artıq fakültənin ənənəsinə çevrildiyini bildirib.

O, “APA Media Group”un Azərbaycanda onlarla jurnalist üçün məktəb olduğunu bildirib, onun rəhbəri Vüsalə Mahirqızının peşəkar jurnalist, redaktor, işəgötürən kimi iş prinsiplərini tələbələrin diqqətinə çatdırıb. Belə tədbirlərin gənc jurnalistlərin düzgün istiqamətləndirilməsində və peşəkar kadr kimi yetişməsində əvəzsiz rol oynadığını vurğulayıb: “Bugünkü görüşdə də illərin təcrübəsini dinləyəcəyik”.

Jurnalistika fakültəsinin THİK sədri, IV kurs tələbəsi Nurlan Cəbrayılzadə layihə barəsində məlumat verib. Gənc jurnalistlərin peşəkarların praktik fəaliyyəti ilə yaxından tanış ola biləcəyi vahid platformanı formalaşdırmaq məqsədilə keçirilən “Danışır təcrübə” layihəsində tələbələri aktiv olmağa çağırıb.

Daha sonra çıxış edən Vüsalə Mahirqızı mediadakı fəaliyyəti ilə bağlı təcrübələrini tələbələrlə bölüşüb. Bildirib ki, xəbər materialında dəqiqlik operativlikdən daha vacibdir, peşəkar jurnalist, media qurumu öz nüfuzunu oxucularına verdiyi dəqiq məlumatlarla qaldırır və saxlayır: “Jurnalistin əsas işi xəbərdir. Hadisənin, xəbərin içində olması onun əsas təcrübəsidir. Bu təcrübə nə qədər çoxdursa, həmin jurnalist və ya media qurumu auditoriyası üçün o qədər qiymətlidir. Yaxşı jurnalistin üstünlüyü yenə də onun işində, qələmində, operativliyində və düzgünlüyündədir. Bu gün həmin meyarlar gözlənilməsə də, oxucu yenə də əldə etdiyi məlumatı dəqiqləşdirmək üçün bizə – yəni, dəqiq olan mənbəsinə müraciət edir. Jurnalisti qiymətli edən budur”.

Rəhbərlik etdiyi media qurumunun Cənubi Qafqazın öncüllərindən olduğunu vurğulayan “APA Media Group”un baş direktoru bu uğurun təcrübəyə, peşəkarlığa, dəqiqliyə əsaslandığını deyib: “Bu gün “APA Media Group”un daxilində “Azəri-Press” Agentliyi (APA) MMC, “Lent.az”, “Vesti.az”, “APASport.az”, “Kulis.az”, APA TV kimi müxtəlif media qurumları fəaliyyət göstərir. Öz sahəsində müxtəlif ilkləri reallaşdıran qurumumuz yeniliklərin tətbiqini də daim əsas götürür. 2024-cü ildə yaradılan “APA Jurnalist Məktəbi” də peşəkar kadr hazırlığı prosesində müasir yanaşmanı ortaya qoyur. Bir zamanlar ailəmizin üzvü olan jurnalistlər, redaktorlar artıq öz müstəqil sayt və agentliklərinin rəhbəridirlər. Bütün bunlar ölkə mətbuatına verdiyimiz töhfənin göstəricisidir”.

Vüsalə Mahirqızı tələbələrə dilimizin imkanlarından düzgün istifadə etməyin jurnalist yazısı üçün əsas tələb olduğundan da söz açıb: “Çünki jurnalistin yazısı, reportajı və müsahibəsi onun əsəridir”.

Sonda Vüsalə Mahirqızı tələbələrin suallarını cavablandırıb.

 

Bənzər Xəbərlər

Dünya

ABŞ İrana qarşı əməliyyat üçün mümkün ssenariləri müzakirə edib

May 1, 2026
Gündəm

“İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimi olub

May 1, 2026
Gündəm

XTQ-nin yaradılması günü münasibətilə silsilə tədbirlər keçirilib

Aprel 30, 2026
Gündəm

Azərbaycan Ordusunda kibertəhlükəsizlik üzrə mütəxəssislərin peşəkarlığı artırılır

Aprel 30, 2026
Gündəm

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş minifutbol üzrə birincilik start götürüb

Aprel 30, 2026
Dünya

Xameneyidən Hörmüz mesajı: “Yeni bir fəsil yazılır”

Aprel 30, 2026

XƏBƏR LENTİ

Ukrayna hücumlara qarşı müdafiəni gücləndirir - Zelenski 

02 May, 26 / 0:29

Dəməşqdə baş verən partlayışda tanınmış alim həlak olub

02 May, 26 / 0:23

Maykl Ceksonun əşyaları satışda

02 May, 26 / 0:14

"Siz heç kimə lazım deyilsiniz" - Tarix Əliyev həmkarlarına söz atdı 

02 May, 26 / 0:11

İranın ali rəhbəri tərəfindən bəyanat yayıldı

02 May, 26 / 0:04

İranda etirazçılar Xameneyinin banerinə od vurdular

02 May, 26 / 0:02

Ağdamda ağır qəza: ölənlərin və yaralıların kimliyi bilindi

01 May, 26 / 23:59

Tramp İranla müharibənin bitdiyini AÇIQLADI

01 May, 26 / 23:43

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb

01 May, 26 / 22:03

Netanyahu xərçəngə bu yolla qalib gəldiyini açıqladı

01 May, 26 / 21:48

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.