Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Nəsimi metrostansiyasının yaxınlığında yerləşən keçmiş fabrik kimi fəaliyyət göstərən tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Zefer.media xəbər verir ki, bu haqda FHN-nin Mətbuat xidmətindən deyilib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi və ətrafa yayılması istiqamətində işlər aparılır.

















