Hadisə

Bakıda əməliyyat: saxlanılanlar var – VİDEO

21 Fevral 2026, 19:291
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Səbail Rayon Polis İdarəsi 41-ci Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Zefer.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, növbəti tədbir zamanı 36 yaşlı Məmməd Məmmədov və həmyaşıdı Müşfiq Səfərov polis əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan 8 kiloqram 100 qram marixuana aşkarlanıb.

Saxlanılan şəxslər narkotikləri sosial şəbəkədə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq niyyəti ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600