Tehranla Vaşinqton arasında kommunikasiya prosesində əsas rəsmi vasitəçi hələ də Pakistandır.
Zefer.media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında deyib.
“Bir çox ölkə, xüsusən də regional dövlətlər gərginliyin artmasından narahat olduqları üçün bizimlə əlaqə saxlayır. Qarşı tərəfləri gərginliyi artırmamağa inandırmaq üçün səmimi şəkildə çalışanları yüksək dəyərləndiririk”, – o bildirib.
Onun sözlərinə görə, Pakistan İran və ABŞ arasında rəsmi vasitəçi kimi fəaliyyətini davam etdirir. Bəqayi əlavə edib ki, Qətər də daxil olmaqla digər ölkələr hər iki tərəflə əlaqə saxlayaraq diplomatik fikir mübadiləsi aparır.
Zərintac Mayisqızı

















