İqtisadiyyat

Azərbaycanın qeyri-neft ixracında Böyük Britaniya liderdir

26 Noyabr 2026, 18:152
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

2026-cı ilin 10 ayı ərzində Azərbaycan Böyük Britaniyaya 3 milyard 479 milyon 653 min ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib.

Zefer.media bu barədə Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycanın ümumi qeyri-neft ixracı 7.06 milyard dollar təşkil edib. Bunun 49.3 faizi Böyük Britaniyanın payına düşüb.

Qeyri-neft məhsullarının ixrac olunduğu ölkələr arasında Rusiya 974.1 milyon dollarla ikinci, Türkiyə isə 519.2 milyon dollarla üçüncü yerdə qərarlaşıb. Gürcüstana qeyri-neft ixracının dəyəri 504.3 milyon dollar olub.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600