Azərbaycanda fermerlərə dövlət dəstəyinin kənd təsərrüfatı istehsalının səmərəliliyinə əsasən müəyyənləşdirilməsi təklif olunur.
Zefer.media xəbər verir ki, deputat Tahir Mirkişili Milli Məclisdə “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, fermerlərə dəstək yalnız əkin sahəsinin ölçüsündən asılı olmamalıdır.
Onun sözlərinə görə, subsidiyalar müəyyən edilərkən istehsal olunan məhsulun həcmi, su sərfiyyatı, əmək məhsuldarlığı, innovasiyaların tətbiqi və süni intellektdən istifadə nəzərə alınmalıdır.
Mirkişili qanun layihəsində nəzərdə tutulan aqrar istehsalçıların reytinqinin maksimum şəffaf olmasını və qiymətləndirmə meyarlarının əvvəlcədən fermerlər üçün aydın şəkildə müəyyənləşdirilməsini təklif edib.
Qəmər Kazımzadə

















