• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
9.2° Weather Columbus
$
1.7
€
1.9019
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir ŞƏRH

14 Oktyabr, 26 / 15:48
A A

Son aylarda Azərbaycanın siyasi həyatında müşahidə olunan intensivlik ölkənin xarici siyasət kursunda dinamik bir canlanmanı göstərir. Bir-birinin ardınca ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dünyanın müxtəlif bölgələrindən dövlət və hökumət rəhbərlərinin ardıcıl səfərləri və eləcə də Prezident İlham Əliyevin xarici ölkələrə mütəmadi səfərləri Azərbaycanın nüfuzunu və qlobal aktor rolunu bir daha təsdiq edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

O qeyd edib ki, bu günlərdə Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri ənənəvi qarşılıqlı əməkdaşlığın olmadığı ölkələrlə yeni münasibətlərin qurulduğunu göstərir. Azərbaycan ictimaiyyətinin haqqında çox az məlumata malik olduğu Laos Cənub-Şərqi Asiyada yerləşən və dənizə çıxışı olmayan bir dövlətdir. Tarixən uzun müddət yapon və Çin istilalarına məruz qalmış və 20-ci əsrdə Fransa müstəmləkəsinə çevrilmiş Laos nəhayət 1953-cü ildə öz müstəqilliyini qazanıb və hazırda dünyanın 5 sosialist ölkəsindən biridir.

“Hazırda Vyetnam, Çin və Taylandla sıx əməkdaşlıq edən Laos ölkə iqtisadiyyatını inkişaf etdirmək və ölkədə müasir infrastruktur layihələri həyata keçirməyə çalışır. Qlobal bazarlara çıxış əldə etmək, xarici ölkələrdə sərmayə yatırımının diversifikasiyasını hədəfləyən Azərbaycan Laos Xalq Demokratik Respublikası ilə qarşılıqlı əməkdaşlıqda maraqlıdır. Bu əməkdaşlıq qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsinə, yeni tərəfdaşlıq formatlarının yaradılmasına və Azərbaycan Respublikasının daha geniş miqyasda qlobal əməkdaşlıq proseslərində iştirakını təmin etməklə, nəticə etibarilə, ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsinə xidmət göstərəcək”, – deyə Milli Məclisin deputatı vurğulayıb.

Onun sözlərinə görə, Laos əsasən kənd təsərrüfatı ölkəsidir və irihəcmli investisiyalara ehtiyacı var. Bununla yanaşı, iki ölkə arasında nəqliyyat, turizm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər potensial mövcuddur.

“Laos Xalq Demokratik Respublikası Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri çərçivəsində imzalanmış Birgə Bəyanat və ikitərəfli razılaşmalar ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni perspektivlər açır. Beynəlxalq təşkilatlar çərçivəsində 1995-ci ildən başlayaraq iki ölkə arasında davam edən konstruktiv əlaqələri yüksək qiymətləndirən Prezident İlham Əliyev qarşıdakı dövrdə əməkdaşlığın yeni istiqamətlərinin açılmasının hər iki tərəf üçün faydalı olacağına əminliyi vurğulayıb. Azərbaycan və Laos arasında parlament əlaqələrinin mövcudluğu da bu əməkdaşlığın inkişafına öz töhfəsini verəcək”, – deyə Cavanşir Feyziyev əminliyini ifadə edib.

Bənzər Xəbərlər

Gündəm

Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək – Tarix açıqlandı

Oktyabr 30, 2026
Gündəm

Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı

Oktyabr 30, 2026
Gündəm

Bu gün Türkiyənin Cümhuriyyət günüdür

Oktyabr 29, 2026
Gündəm

Prezident TDT-nin Zirvə görüşü üçün Türkiyəyə getməyəcək

Oktyabr 29, 2026
Gündəm

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Oktyabr 29, 2026
Gündəm

​Məktəbdəki faciə və media etikası: Jurnalistika informasiya xatirinə uşaq psixologiyasını qurban verməlidirmi?

Oktyabr 29, 2026

XƏBƏR LENTİ

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

31 Oktyabr, 26 / 9:23

Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək – Tarix açıqlandı

30 Oktyabr, 26 / 18:01

Əsrin kriptovalyuta oğurluğunun Şimali Koreya hakerləri tərəfindən törədildiyi ehtimal olunur

30 Oktyabr, 26 / 17:56

Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı

30 Oktyabr, 26 / 17:34

Naxçıvanda 9 yaşlı uşağı maşın vurdu

30 Oktyabr, 26 / 17:27

Novokuybışevsk neft emalı zavodunun ətrafında baş verənlər diqqət çəkib

30 Oktyabr, 26 / 17:19

Pentaqon bəzi NATO ölkələrini Rusiyadan gələn təhlükə ilə bağlı açıqlamalarını yumşaltmağa çağırıb

30 Oktyabr, 26 / 17:12

Azərbaycanlı biznesmen Türkiyədən nəhəng buğa heykəli aldı

30 Oktyabr, 26 / 17:09

Ukrayna Trampın təzyiqindən sonra Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırıb

30 Oktyabr, 26 / 17:03

Aqrar Universitetdə 50-dən çox müəllimin müqaviləsi ləğv edildi

30 Oktyabr, 26 / 16:42

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.