• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.7° Weather Columbus
$
1.7
€
1.9814
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

“Azərbaycanın ən təhlükəsiz ölkələr sırasında yer alması Prezidentimizin və dövlətimizin tarixi uğurudur”

31 Mart, 26 / 17:24
A A
“Azərbaycanın ən təhlükəsiz ölkələr sırasında yer alması Prezidentimizin və dövlətimizin tarixi uğurudur”

Cəlil Xəlilov: “Bu fakt dövlətimizin hərbi gücündən, yürütdüyü anti-terror siyasətinin optimallığından xəbər verir”

“Mövcud reallıq həm də Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkarlığının göstəricisidir”

Məlum olduğu kimi, “Global Terrorism Index 2026” (GTI) Hesabatında dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanmasını təqdim edib. Ötən ilin terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0.233” indekslə 90-cı reytinq mövqeyində olan Azərbaycan, 2026-cı ildə üç reytinq də yüksələrək “0.123” indekslə 93-cü yerdə qərarlaşıb və bununla da reytinq cədvəlində ən təhlükəsiz ölkələrdən biri kimi yer alıb.

Zefer.media xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının saytına   açıqlama verən Müharib, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov beynəlxalq hesabatda Azərbaycanın dünyanın ən təhlükəsiz ölkələr sırasında yer alması faktının ciddi mətləblərdən xəbər verdiyini bildirib:

“Şübhəsiz ki, beynəlxalq reytinq cədvəlində Azərbaycanın ən təhlükəsiz ölkələr sırasında yer almağı Prezidentimizin və dövlətimizin tarixi uğurudur. Bu fakt Azərbaycan dövlətinin hərbi gücündən, siyasi iradəsindən, yürütdüyü anti-terror siyasətinin optimallığından xəbər verir. “Global Terrorism Index 2026” (GTI) Hesabatında ölkəmizlə bağlı yer alan bu reallıq Prezident İlham Əliyevin Azərbaycanın təhlükəsizliyi naminə həyata keçirdiyi uğurlu siyasətin son dərəcə effektiv olduğunu göstərir. Məlum gerçəklik bir daha sübut edir ki, Müzəffər Ali Baş Komandan Azərbaycanın təhlükəsizlik arxitekturasının memarı, təhlükəsizliyimizin və tərəqqimizin qarantıdır”.

Polkovnik Cəlil Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ölkəmizə yönəlik terror cəhdlərinin qarşısının alınmasındakı roluna da diqqət çəkib:

“Global Terrorism Index 2026” (GTI) Hesabatında dövlətimizin terror təhlükəsinə görə ən təhlükəsiz ölkələr sırasında yer almasında DTX-nın da mühüm rolu var. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində öz maddi-texniki təchizatını, peşəkarlğını daim yüksəldən DTX, Azərbaycana qarşı həyata keçirilən terror aktlarının qarşısını müvəffəqiyyətlə almaqda, terror cəhdlərini elə hazırlıq mərhələsindəcə neytrallaşdırmaqdadır. Beynəlxalq reytinq cədvəlində dövlətimizin ən yüksək sıralarda yer alması bir sıra amillərlə yanaşı, həm də DTX-nın peşəkarlığının göstəricisidir və bu peşəkarlıq xalqımız tərəfindən təqdir olunmaqda, alqışlanmaqdadır”.

Seymur ƏLİYEV

Bənzər Xəbərlər

Siyasət

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarında dəyişiklik

Avqust 27, 2026
Siyasət

Ceyhun Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

Avqust 27, 2026
Siyasət

“29 743 kvadratkilometr əraziyə Azərbaycanın üç anklavı daxil deyil”

Avqust 27, 2026
Dünya

Ermənistanın Baş naziri: Biz ABŞ-ın İrana qarşı yeni sanksiyalarını araşdırırıq

Avqust 27, 2026
Xarici xəbərlər

Çin ABŞ-yə xəbərdarlıq etdi: “İranla əməkdaşlığımızı pozmağa imkan verməyəcəyik”

Avqust 27, 2026
Xarici xəbərlər

“Ölkəni müdafiə etmək hər bir millətin haqqıdır”

Avqust 27, 2026

XƏBƏR LENTİ

Anar Bayramov onu vəzifəsindən azad etdi

27 Avqust, 26 / 17:39

600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

27 Avqust, 26 / 17:38

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarında dəyişiklik

27 Avqust, 26 / 17:37

Ölkəmizə gələn turistlərin yarısı bu 2 ölkə vətəndaşlarıdır

27 Avqust, 26 / 17:35

Bakıda bu Nəqliyyat Mübadilə Mərkəzinə giriş bağlandı

27 Avqust, 26 / 15:27

Ceyhun Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

27 Avqust, 26 / 15:26

“29 743 kvadratkilometr əraziyə Azərbaycanın üç anklavı daxil deyil”

27 Avqust, 26 / 15:25

Bu ölkədə daşqın nəticəsində ölənlərin sayı 270-ə çatıb

27 Avqust, 26 / 15:15

İran ABŞ sanksiyalarına qarşı mövqeyinə görə Çinə təşəkkür edib

27 Avqust, 26 / 15:12

Robert Köçəryan xəstəxanadan çıxarılaraq İrəvan-Kentron istintaq təcridxanasına köçürülüb

27 Avqust, 26 / 15:05

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.