• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.6° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanda əlillərin hüquqları nə dərəcədə təmin olunur? - AÇIQLAMA 

05 May, 26 / 17:59
A A

5 may 1992-ci ildən etibarən BMT Baş Assambleyasının qərarı ilə dünyada Əlillərin Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur. Bu əlamətdar tarixin məqsədi fiziki imkanları məhdud şəxslərin hüquqlarını qorumaq, onların ictimai həyata tam inteqrasiyasını təmin etmək və cəmiyyətin diqqətini həmin məsələlərə cəlb etməkdir.

Bəs, Azərbaycan Respublikasında əlil vətəndaşların hüquqlarının təmin olunması ürəkaçandırmı? Yollarda, müxtəlif idarə və binalarda həmin şəxslər əlil arabaları ilə nə dərəcədə rahat hərəkət edə bilirlər?

Hüquqşunas Ramil Süleymanov Zefer.media-ya açıqlamasında deyib ki, bu gün ölkəmizdə paytaxt Bakıdan tutmuş, digər şəhər və rayonlarda yerləşən müəssisə və təşkilatların inzibati binaları təəsüflər olsun əlil yönümlü deyil:

“Sağlam insanların rahat şəkildə hərəkət edə bildiyi dövlət qurumları bir çox hallarda əlil şəxslər üçün əlçatan olmur. Azərbaycanın bəzi rayon və şəhərlərində, o cümlədən iri şəhərlərdə məhkəmə kompleksləri layihələr əsasında tikilib və baxmayaraq ki, o layihələrdə əlillərin məhkəmələrə çatımlılığı üçün pandusların, eləcə də əlil liftlərinin quraşdırılması nəzərdə tutularaq quraşdırılıb. Əksər bölgələrimizdə məhkəmələr, hətta appelyasiya məhkəmələrinin əlil liftləri işləmir. Zaman-zaman müşahidə edirik ki, əlil vətəndaşlar faktiki olaraq digər insanların köməyi ilə binalara daxil olurlar. Bu da onların hüquqlarının pozulması deməkdir, məhkəməyə fiziki çatımlılıq hüququnun məhdudlaşdırılmasıdır”.

 

Vəkil vurğulayıb ki, tikinti planları son dövrlər Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən, həmçinin çoxmərtəbəli yaşayış binalarının layihələri təsdiqlənərkən mütləq qaydada fiziki məhdudiyyətli vətəndaşların vəziyyətləri nəzərə alınmaqla həyata keçirilir:

“Ancaq real mənzərə isə faktiki olaraq sözügedən şəxslərin layihədə planlaşdırılan pandusların, məhəccərlərin(perila), qanunvericiliklə əksini tapan digər memarlıq üslublarının fiziki məhdudiyyəti olanlara çatdırılmasında ciddi şəkildə nöqsanlar mövcuddur”.

Hüquqşünas əlavə edib ki, əlillərin hüquqları ilə əlaqədar dövlət tərəfindən özünüməşğulluq proqramları mövcuddur:

“Onlara sağlamlıqlarını itirmə faizlərinə görə dövlət müavinətlər verir, pensiya yaşına çatan şəxslərə əlilliyi də daxil olmaqla daha artıq məbləğlər təyin edilir. Habelə əlil insanların törətdikləri inzibati və cinayət əməllərinə görə qanunvericilikdə onların sağlamlıq imkanlarına görə cəzalar digər sağlam şəxslərə nisbətdə fərqli icra, tətbiq olunur. Sadəcə, çox zaman aidiyyatı qurumların bir qismi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi(ƏƏSMN) də fiziki məhdudiyyətli şəxslərin problemli məsələlərinin, müavinətlərin verilməsinin həllini uzadırlar, araşdırmadan imtinalar verı bilirlər. Yekunda isə vətəndaşlar uzun məhkəmə prosesi ilə yekun qərar qüvvəyə mindikdən sonra onlara təyin olunmuş məbləği əldə edə bilirlər. Amma düşünmək lazımdır ki, məhkəmə prosesi müddətində fiziki məhdudiyyətli vətəndaş nə ilə, necə dolanır?

Əlillərin hüquqlarına müdafiəsi həm qanunlarda, həm də əməldə daha çox diqqət yetirilməli, dövlət tərəfindən də ciddi şəkildə nəzarət olunmalıdır”.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Mədəniyyət

Xalq şairi, dramaturq Nəriman Həsənzadə vəfat edib

Avqust 1, 2026
Cəmiyyət

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqust 1, 2026
Siyasət

Türk dünyası yeni mərhələyə keçir - Politoloqdan açıqlama

İyul 31, 2026
Manşet

Baş nazir sərəncam imzaladı

İyul 31, 2026
Manşet

Çatalca bələdiyyəsinin sədri “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin ofisini ziyarət edib

İyul 31, 2026
Cəmiyyət

Sabah hava necə olacaq?

İyul 31, 2026

XƏBƏR LENTİ

Xalq şairi, dramaturq Nəriman Həsənzadə vəfat edib

01 Avqust, 26 / 11:38

Azərbaycan Dili və Əlifbası Günüdür

01 Avqust, 26 / 11:34

“Müharibə veteranlarının özünüməşğulluq proqramına geniş şəkildə cəlb olunması təqdirəlayiqdir”

01 Avqust, 26 / 11:14

Türk dünyası yeni mərhələyə keçir - Politoloqdan açıqlama

31 İyul, 26 / 18:53

150 balla qəbul mümkün olan ixtisaslar – Rəsmi

31 İyul, 26 / 16:41

Baş nazir sərəncam imzaladı

31 İyul, 26 / 16:38

Mərakeşdən İspaniyaya miqrant axını davam edir

31 İyul, 26 / 16:35

ABŞ və İsrail İrana qarşı mümkün quru blokadasını müzakirə edir

31 İyul, 26 / 16:26

Çatalca bələdiyyəsinin sədri “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin ofisini ziyarət edib

31 İyul, 26 / 16:07

Yeni müttəfiqlik mərhələsi: Azərbaycan və Qırğızıstanı hansı imkanlar gözləyir? – ŞƏRH

31 İyul, 26 / 15:31

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.