“Moskva Bakının Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu görür”.
Zefer.media xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib
Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında münasibətlər çox yaxın, səmimidir və ölkələr arasında əməkdaşlıq hərtərəflidir.
Qeyd olunub ki, daha əvvəl, Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının 24-cü iclası zamanı Overçuk İrana göstərdiyi köməyə, dəstəyə və humanitar yardımın çatdırılmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etmişdi.
Zərintac Mayisqızı

















